Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 6-03-2014, 14:10

Lökbatandan Toksikologiya Mərkəzinə gətirilənlərin diaqnozu açıqlanıb

 

Respublikanın baş toksikoloqu: “Onların hamısına məişət qazı ilə zəhərlənmə diaqnozu qoyulub”

 

 Ötən gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Vilayət Əsgərov küçəsində baş verən kütləvi zəhərlənmə nəticəsində Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə gətirilən 43 nəfərin diaqnozu açıqlanıb.

 

Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, onların hər birinə məişət qazı ilə zəhərlənmə diaqnozu qoyulub.

 

Baş toksikoloqun sözlərinə görə, məişət qazından haradasa sızma olub ki, insanlar arasında zəhərlənmə yaşanıb: “Mərkəzə gətirilərkən insanların vəziyyəti qaz sızmasından dəyişmişdi. Onlar gətirilərkən vəziyyətləri orta-ağır və yüngül idi. Zəhərlənənlərdə hava çatışmazlığı, ürək bulanma, ürək döyüntülərinin artması və bu kimi hallar müşahidə olunurdu. Zəhərlənənlər tez bir zamanda köməklik göstəriləndən sonra özlərinə gəliblər və evə buraxılıblar. Onların hamısının diaqnozu məişət qazı ilə zəhərlənmə olub”.

 

Qeyd edək ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə gətirilən 43 nəfərin hamısı artıq evə yazılıb. Evə buraxılan 43 nəfərin 5-i uşaq, 11-i kişi, qalanları isə qadınlar olub.

 

Dünən axşam saatlarında Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində beşmərtəbəli 4 yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub.

 

Sakinlərin bildirdiklərinə görə, hadisə baş verən əsnada qəsəbə sakini, 45 yaşlı Natalya Məmmədovanın halı pisləşib.

 

Ailə üzvləri dərhal təcili tibbi yardım çağırsalar da, onu xilas etmək mümkün olmayıb. 

 

 



Paylaş



Bölmə: Xəbər / Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!