Füzulidə yanğın - Tüstüdən zəhərlənən var .....                        Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazandı .....                        “Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək? .....                        Xınalığa dolu düşüb - VİDEO .....                        Azərbaycanda baş direktor və müavini cinayət başında saxlanıldı .....                        Prezident BMT Baş katibinin köməkçisini qəbul etdi .....                        Şoyqu müharibə ilə bağlı yeni göstəriş verdi .....                        İlham Əliyev İraq parlamentinin sədrini qəbul edib .....                        Gələn ay ardıcıl 5 gün iş olmayacaq .....                       
Tarix : 4-02-2019, 08:25
Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində BMT ilə əməkdaşlıq müzakirə edilib

Mədəniyyət naziri Əbülfəs Qarayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb. Görüşdə Azərbaycan-BMT əlaqələri, mədəniyyət sahəsində həyata keçirilən əməkdaşlıq məsələləri müzakirə edilib.
Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “Bakı Prosesi” çərçivəsində iki ildən bir təşkil edilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT televiziyası vasitəsilə canlı yayımının təşkilində dəstəyə görə minnətdarlığını bildirib. Nazir, həmçinin BMT-nin baş katibi Antonio Quterreşin məruzəsində 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoqun dəstəklənməsinə yönəlmiş səylər çərçivəsində mühüm yer tutmasının xüsusi qeyd edildiyini diqqətə çatdırıb.
Bu il 2-3 may tarixində Bakıda 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini bildirən Əbülfəs Qarayev bu mötəbər tədbirin təşkilində BMT ilə fəal əməkdaşlıq təcrübəsi olduğunu qeyd edib.
Qulam İsakzai öz növbəsində 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq prosesinə yaxından cəlb olunmaq niyyətini bildirərək bu istiqamətdə görüşlərin keçirilməsini təklif edib.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!