Türkiyədəki hərbi təlim başa çatdı .....                        Rusiya Xarkovu ələ keçirməyi planlaşdırmır - Putin .....                        Türkiyə və Ermənistan nazirləri danışıqlar apardı .....                        Millimizin oyunları ləğv edildi .....                        Rusiya MN Xarkovun 12 yaşayış məntəqəsini tutduğunu iddia edir .....                        “Tərtər işi”nə görə tutulanların cəzası azaldıldı .....                        Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi .....                        Dəmir yollarının Astara terminalı istifadəyə verildi .....                        İrəvanda maşınlar su altında qaldı .....                       
Tarix : 30-04-2024, 16:50
Spiker Çin Xalq Assosiasiyasının sədri ilə görüşüb


Spiker Çin Xalq Assosiasiyasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə qeyd olunub ki, Azərbaycan ilə Çin Xalq Respublikası arasında münasibətlər yüksək inkişaf dinamikası ilə səciyyələnir və çox yüksək səviyyədədir. Xüsusilə son zamanlarda münasibətlərimizin inkişafında böyük intensivlik müşahidə olunur.
Milli Məclisin sədri deyib ki, Azərbaycan ilə Çin arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər. Azərbaycan hər zaman birmənalı olaraq “vahid Çin” siyasətini, onun ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Spiker Sahibə Qafarova Çinin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəklədiyi diqqətə çatdırılıb. Prezident İlham Əliyevin Çinə səfərləri, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşləri münasibətlərimizin inkişafına böyük stimul verib.
Söhbət zamanı, iki ölkə arasında münasibətlərin dərinləşməsində parlamentlərin də vacib rolu qeyd edilib.
Yan Vanmin də öz növbəsində qeyd edib ki, ölkələrimiz arasında əlaqələr dövlət başçılarımızın rəhbərliyi altında sağlam, sabit inkişaf yolu keçib. Onun sözlərinə görə, prezidentlərimiz arasında mövcud olan şəxsi dostluq əlaqələri münasibətlərimizə təkan verir. Hazırda ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu söyləyən Yan Vanmin vurğulayıb ki, onun ölkəsi Azərbaycanla əlaqələrə böyük dəyər verir və Azərbaycanın inkişaf yoluna böyük hörmət göstərir. Vurğulanıb ki, Çin ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, o cümlədən, Azərbaycanın da "vahid Çin" siyasətini dəstəkləməsini yüksək qiymətləndirir.
Parlamentlərarası əlaqələrin əhəmiyyətini qeyd edən qonaq məlumat verib ki, Çin Xalq Assosiasiyası xarici ölkə parlamentləri ilə əlaqələrin inkişafına töhfə verir. Assosiasiya bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. Parlamentin üzvü kimi dostluq qruplarında təmsil olunduğunu deyən Yan Vanmin bu sahədə işə böyük əhəmiyyət verdiyini, Azərbaycan parlamenti ilə daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduğunu qeyd edib. O, qeyd edib ki, parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsi ölkə başçılarının əsasını qoyduğu strateji tərəfdaşlıq xarakterli əlaqələrin inkişafına daha çox töhfə verir.
Diqqətə çatdırılıb ki, mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsi Heydər Əliyev Fondu və Çin Xalq Assosiasiyası arasında münasibətlərdir. Onların birgə həyata keçirdiyini layihələr xalqlarımızın yaxınlaşmasına, əlaqələrin güclənməsinə töhfə verir.
Yan Vanmin rəhbərlik etdiyi Assosiasiyanın 150 ölkədən 500-dən çox qurumla əməkdaşlıq etdiyini bildirərək, vurğulayıb ki, Heydər Əliyev Fondu bu regionda Assosiasiyanın ən yaxın tərəfdaşıdır.
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanın Əliyevanın rəhbərliyi ilə nəinki ölkəmizdə çox mühüm əhəmiyyət kəsb edən layihələr həyata keçirir, eyni zamanda, dünyanın bir çox ölkələrində vacib işlərə imza atır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!