Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
Tarix : 22-10-2019, 09:00
Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü keçirilib
Çində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 22-də Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in milli müdafiə naziri general-polkovnik Vey Fenxe ilə görüşüb.
Butov.az xəbər verir ki, Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, nazir V.Fenxe Çin ilə Azərbaycan arasında münasibətlərin böyük tarixi olduğunu, müasir dövrdə əlaqələrimizin hər iki xalqın marağına uyğun inkişaf etdiyini deyib. O, ÇXR Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünün iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkan yaratdığını deyib. V.Fenxe Azərbaycanın bu təşəbbüsün icrasında fəallıq göstərdiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin aprel ayında Pekində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakını məmnunluqla yada salıb.
Çin rəsmisi iki ölkənin hərbi sahədə əməkdaşlığından danışaraq, hərbçilərin qarşılıqlı səfərlərinin bu işə töhfə verdiyini deyib.
V.Fenxe ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyini bir daha bəyan edib.
Çin Xalq Respublikasına dəvətə görə təşəkkürünü bildirən Azərbaycanın Müdafiə naziri general-polkovnik Z.Həsənov bildirib ki, tarixən iki xalq arasında yaranmış dostluq münasibətləri ölkələrimizin əlaqələrinin inkişafında möhkəm təməl rolunu oynayır.
Nazir ölkələrimizin rəhbərlərinin və yüksək vəzifəli rəsmi şəxslərin qarşılıqlı səfərlərinın son vaxtlar intensivləşdiyini, ÇXR Sədri Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyevin apreldə “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakının Azərbaycanın bu layihədə vacib ölkə olduğunu göstərdiyini deyib.
Müdafiə naziri Çinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə olan davamlı dəstəyinə görə təşəkkür edib, Azərbaycanın da “Vahid Çin” siyasətini dəstəklədiyini və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıdığını deyib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Tərəflər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə hüquqi sənədin imzalanması barədə ilkin razılığa gəliblər.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!