Elçin Quliyev III Çarlzla birlikdə - FOTO .....                        Putindən Trampla söhbətdən sonra ilk AÇIQLAMA .....                        Trampla Putin 2 saat danışdılar .....                        Məhkəmədə vaxtilə işğalda olmuş ərazilərdə çəkilən görüntülərinə baxdı .....                        Polşada prezident seçkiləri - İkinci tur nə vaxt keçiriləcək? .....                        Fransaya casusluq edən Martinin məhkəməsi .....                        Paytaxtda soyğunçuluq edən şəxs saxlanıldı .....                        Zakir Həsənov İsrailə getdi - Görüşlər keçirdi .....                        SSRİ bayrağına görə oğlu da işdən qovuldu .....                       
Tarix : 29-01-2019, 12:22
Parisdə YUNESKO Katibliyində görüşlər keçirildi - FOTO

Məlum olduğu kimi, Bakıda 2019-cu ilin 2-3 may tarixində 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 30 iyun – 10 iyul tarixində isə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcəkdir. Hər iki dünya əhəmiyyətli tədbirlə bağlı hazırlıq məsələlərini müzakirə etmək məqsədilə Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri, sözügedən tədbirlərin əməliyyat qrupunun rəhbəri Vasif Eyvazzadə YUNESKO Katibliyinin rəsmiləri ilə görüşlər keçirib.
Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilmiş görüşdə YUNESKO-nun Sosial və humanitar elmlər departamentinin rəhbəri Magnus Magnusson YUNESKO-nun Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə fəaliyyətini yüksək qiymətləndirdiyini və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə böyük önəm verildiyini bildirdi.
V.Eyvazzadə Forumun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 il bundan öncə irəli sürdüyü “Bakı prosesi” təşəbbüsünün tərkib hissəsi kimi BMT tərəfindən çox vacib qlobal platforma elan edildiyini, həmçinin YUNESKO ilə yanaşı BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-nun da tərəfdaşı olduğu yeganə beynəlxalq hərəkat olduğunu vurğuladı. Bu baxımdan 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu xüsusiyyətləri özündə saxlamaqla mədəni müxtəliflik, dialoq və əməkdaşlıq, insan təhlükəsizliyi, gənclərin liderliyi, miqrasiya, münaqişələrin qarşısının alınması və s. mövzuları əhatə edəcəkdir. Artıq YUNESKO-nun da iştirakı ilə beynəlxalq ekspertlərlə birgə Forumun konseptual müzakirə sənədi və proqram layihəsi hazırlanmışdır. Görüş zamanı, həmçinin Forumun təşkilati məsələləri ilə bağlı müzakirələr aparıldı.
Daha sonra YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktor müavini Petya Totçarovanın rəhbərlik etdiyi katibliyin nümayəndə heyəti ilə görüş keçirildi. Görüşdə Azərbaycan Respublikasının sədrliyi ilə keçiriləcək Komitə iclası ilə bağlı cari ilin iyul ayına kimi təşkil ediləcək görüşlər, Komitənin 43-cü sessiyası və onun çərçivəsində baş tutacaq Gənclər Forumu və Abidə menecerlərinin Forumuna hazırlıq məsələləri ilə bağlı müzakirələr aparıldı. V.Eyvazzadə bildirdi ki, Komitə iclasının Bakıda keçirilməsi ilə bağlı cənab Prezidentin müvafiq sərəncamı ilə Təşkilat Komitəsi yaradılmışdır.
Görüş zamanı, həmçinin YUNESKO Katibliyinin missiyasının cari ilin mart ayında Bakıya səfəri ilə bağlı razılıq əldə olundu.
Parisdə YUNESKO Katibliyində görüşlər keçirildi - FOTO


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!