Bakı aeroportunda rus deputatları o qarşıladı .....                        İki ildən sonra ilk dəfə Putinə zəng etdi .....                        Keşlə qəbiristanlığından 5 məzar başqa əraziyə köçürüldü .....                        Azərbaycana planlaşdırılmış taxıl tədarükü başlayıb - Tokayev .....                        Bağlı qapılar arxasında 1 saat danışdılar .....                        Paşinyanın yeni imici .....                        Turşudan zəhərlənən qadın xəstəxanada öldü .....                        Mirzoyan iranlı həmkarı ilə danışıqlar apardı .....                        Siz COP prosesini pozmağa çalışırdınız! - Prezidentin köməkçisi .....                       
Tarix : 31-10-2020, 13:33
 
Əzəli Azərbaycan torpağı - Qarabağ!

Qarabağ - əzəli və əbədi Azərbaycan torpağı olan bu diyar uzun zamandır ki, münaqişə ocağıdır. Ermənilər Qafqaza yerləşdikləri zamandan etibarən Azərbaycan torpaqlarına göz dikiblər. Havadarlarının köməyilə Azərbaycanın qərb torpaqlarında özlərinə dövlət yaratmağa nail olan ermənilər, sonra Azərbaycanın Qarabağ bölgəsinə tamah saldılar.
  Düşmən işğal etdiyi Şuşa, Ağdam, Laçın, Xocalı, Kəlbəcər və digər ərazilərdə tarixi abidələrimizi məhv edib, kütləvi qətllər törədib, sakinləri öz ata-baba yurdlarından didərgin salıb.
Lakin uzun illər ərzində başına min bir faciələr gətirilən xalqımızın qətiyyəti, iradəsi sarsılmadı. Ötən dövrdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında münaqişə ilə bağlı dünya ictimaiyyətinin obyektiv məlumatlandırılması yönündə çox iş görülüb və kifayət qədər ciddi nailiyyətlər əldə olunub. Eyni zamanda Azərbaycan üçün münaqişənin ədalətli həllinin vacib şərtlərindən biri – güclü dövlət quruculuğu həyata keçirilib. İndi həm iqtisadi, həm də siyasi sahədə Azərbaycan Ermənistanı nəzərəçarpacaq dərəcədə qabaqlayıb. Bu, problemin beynəlxalq hüquq normaları çərçivəsində, ərazi bütövlüyümüzün təmin olunması şərtilə həll ediləcəyinə böyük inam yaradıb. Təqdirəlayiq haldır ki, prezident İlham Əliyev də ümummilli liderimiz tərəfindən əsası qoyulmuş siyasəti müvəffəqiyyətlə davam etdirir. Məhz son baş verən olaylar və əsasən 27 sentyabrdan başlayan torpaqlarımızın azad edilməsi uğrundakı şanlı mübarizə də bunu göstərir.
      Azərbaycan Ordusu bir aydan çoxdur ki, Qarabağda hərbi əməliyyatları davam etdirir. Ordu ilk növbədə şimal və cənub zonasından hərəkət edirdisə, son günlər xüsusilə cənub-qərb istiqamətindən əhəmiyyətli irəliləyişə nail olub və nəticədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri işğaldan azad edilib.  
     Ermənistan Silahlı Qüvvələrinin isə cəbhə xəttində müdafiə vəziyyətində olduğunu görürük. Lakin müharibənin ilk günlərindən etibarən Azərbaycan ordusunun üstünlüyə malik olması, hava hücumunu diqqətdə saxlaması, ən yüksək texniki imkanlara malik olması, ermənilərə cəbhə xəttində heç bir şans vermir. Düşmən ağır itkilər verərək, geri çəkilməyə məcbur edilir. Ermənistan ərazidə müharibəni uduzduğunu gördüyü üçün fərqli strategiyalarla tarazlığı öz xeyrinə dəyişdirməyə çalışır. Ermənistan dövləti bir tərəfdən digər ölkə liderləri ilə əlaqə saxlayaraq atəşkəs istədiyini bildirdiyi halda, digər tərəfdən təmas xəttindən uzaqda yerləşən əraziləri birbaşa hədəf alaraq müharibəni genişləndirmək üçün Azərbaycanı təhrik etməyə çalışır.
     Gəncə və Bərdə başda olmaqla, Azərbaycan əraziləri birbaşa ballistik raketlərin hədəfinə çevrilib. İndiyə qədər 90-dan artıq mülki şəxs öldürülüb. Ermənistan Qarabağdan kənara çıxıb Azərbaycanın digər ərazilərini hədəf alaraq Rusiyanın Kollektiv Təhlükəsizlik Təşkilatı Sazişi çərçivəsində müharibəyə qarışmasına cəhd edir.
     “Azərbaycanın haqq müharibəsi” adlandırılan bu savaşda bizim yanımızda olan dövlətlər var. Bu sırada  başda qardaş Türkiyəni qeyd etmək lazımdır. Türkiyə hər zaman olduğu kimi “Bir millət iki dövlət” şüarını əsas tutaraq Azərbaycanın yanında yer alıb.
     Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında ermənilərin zaman-zaman Azərbaycan xalqının başına gətirdiyi müsibətlər, faciələrlə bağlı qətiyyətli fikirlər ifadə edib və düşmənlə mübarizəsində Türkiyənin Azərbaycana daim dəstək olduğunu bildirib. O, dəfələrlə açıq şəkildə bəyanatlar verərək Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman onun yanında olduğunu vurğulayıb.
     Bundan əlavə Türkiyə cəbhədə baş verənləri öz mediasında mütəmadi olaraq yayımlamaqla Azərbaycanın səsini dünyaya çatdırmağa kömək olur.
      Azərbaycan dəstək olan digər bir ölkə isə Pakistandır. Bu münasibətlə Pakistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə tam dəstəyini ifadə edib. Bundan əlavə Pakistanın Xarici İşlər Nazirliyi bu ilin iyul ayında baş verən hadisələr zamanı Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı bəyanat verib. “Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyir və Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir” – deyə bəyənatda bildirilib.
      “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Bu sözləri Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr barədə danışarkən deyir:”Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”.
      Biz rəşadətli Azərbaycan ordusuna güvənirik, bizə tam qələbə sevincini yaşadacağına inanırıq! Qələbə bizimdir!

Rəşad Hüseynov,
Salyan rayon Qeydiyyat şöbəsinin rəisi, Kiçik ədliyyə müşaviri.


Paylaş



Bölmə: Hərbi / Köşə / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!