Bakıda güclü PARTLAYIŞ - Yanğın söndürüldü - YENİLƏNİB .....                        Bakıdakı partlayıda xəsarət alan olmayıb .....                        Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - FOTO .....                        Cənubi Qafqaz həm çağırışlar, həm də imkanlarla üzləşir - Əmirbəyov .....                        Trampla Netanyahu razılığa gəldi - Qəzzada döyüşlər dayandırılır .....                        Ronaldo Səudiyyə klubunda qaldı .....                        Putin Belarusdadır .....                        Kılıçdaroğlu sükutu pozdu: “əgər CHP sədrliyinə qayıtmasam...” .....                        SEPAH generalının öldüyü təsdiqləndi .....                       
Tarix : 8-05-2025, 17:52
Sahibə Qafarova Vyetnamın Baş katibi ilə görüşüb


Sahibə Qafarova Vyetnamın Baş katibi ilə görüşüb

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, əsası ötən əsrdə xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının dahi oğlu Ho Şi Min tərəfindən qoyulmuş dostluq və əməkdaşlıq əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən sonra uğurla davam edir. Milli Məclisin sədri, dünən imzalanmış “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın və digər mühüm sənədlərin əhəmiyyətini qeyd edib, Prezident İlham Əliyevlə aparılmış müzakirələrin tezliklə öz bəhrəsini verəcəyinə əminliyini bildirib.
İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərin rolundan danışan spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan parlamenti olaraq biz parlamentlərarası əlaqələrimizin inkişafında maraqlıyıq və bunun üçün yaxşı imkanlar var. Spiker parlament sədrləri və deputatlar səviyyəsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, parlament komitələri arasında da əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışıb.
Azərbaycana səfərindən məmnunluğunu bildirən Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Vyetnam Milli Assambleyası sədrinin salamlarını çatdırıb və onun adından spiker Sahibə Qafarovanı Vyetnama səfərə dəvət edib.
Söhbət zamanı To Lam ölkəmizə bu səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşünə, aparılmış müzakirələrə və imzalanmış ikitərəfli sənədlərə dair təəsüraflarını bölüşüb. To Lam Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və bölgədə gedən proseslərin Vyetnamda diqqətlə izlənildiyini qeyd edib. Qonaq bildirib ki, bu səfər çərçivəsində imzalanmış sənədlər xalqlarımızın mənafeyinə xidmət edir və münasibətlərimizi yeni səviyyəyə qaldırır.
To Lam əsası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının dahi oğlu Ho Şi Min tərəfindən qoyulmuş qarşılıqlı əlaqələrimizin bu gün uğurla inkişaf etdirilməsindən məmnunluğunu bildirib.
Dövlətlərarası münasibətlərdə parlamentlərin rolunu yüksək qiymətləndirən Baş katib To Lam qarşılıqlı səfərlərin intensivliyinin artırılması, parlament komitələri arasında informasiya və təcrübə mübadiləsi, qanunvericilik sahəsində əməkdaşlıq, imzalanmış və ratifikasiya olunmuş ikitərəfli sənədlərin icrasına nəzarətin artırılması, ASEAN Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Vyetnam Milli Assambleyasının sədrini ölkəmizə səfərə dəvət edib.
Görüşdən sonra Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Milli Məclisin Xatirə kitabını imzalayıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!