"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 9-05-2025, 17:43
Laçın aeroportu nə vaxt açılacaq? - Ərdoğanın səfəri gözlənilir


Laçın aeroportu nə vaxt açılacaq? - Ərdoğanın səfəri gözlənilir

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilir. Onun may ayında ölkəmizə gələcəyi bildirilib. Səfərin dəqiq tarixi açıqlanmayıb.
Ərdoğanın Qarabağa səfər edəcəyi də bildirilir. Onun Laçına gedəcəyi barədə xəbərlər yayılıb.
Milli Məclisin Laçından olan deputatı Rövşən Muradov ehtimal edir ki, Ərdoğanın səfəri 28 May - Müstəqillik Gününə təsadüf edə bilər.
“Ərdoğanın Laçın səfəri çox güman ki, 28 May - Müstəqillik Gününə təsadüf edə bilər”, - o deyib.
Azərbaycanın doqquzuncu beynəlxalq hava limanı hesab edilən Laçın aeroportunun bu il istifadəyə veriləcəyi gözlənilir. Bu barədə xəbəri yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev açıqlayıb. Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanının da may ayında istifadəyə veriləcəyi gözlənilir. Artıq hava limanında bir neçə sınaq uçuşları edilib.
“44 günlük Vətən müharibəsi zamanı bir sıra ölkələr Azərbaycanın yanında oldu. Onlardan ən əsası bizim qardaş dövlətimiz Türkiyədir. Türkiyə lideri cənab Rəcəb Tayyib Ərdoğanın Laçına səfəri bizim üçün əlamətdar hadisə olacaq. Düşünürəm ki, bu hadisə elə beynəlxalq hava limanının açılış gününə həsr oluna bilər", - deputat belə deyib.
28 Mayda Laçın Beynəlxalq Hava Limanının açılışı gözlənilir.
O əlavə edib ki, 28 May - Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışına şahidlik edə bilərik:
"Yəqin ki, protokol olacaq və laçının deputatı olduğum üçün mən də orada iştirak edəcəm. Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılışının nəzərdə tutulduğunu düşünürəm. Belə bir məlumatlar almışam ki, həmin gün bu hadisə baş verə bilər. Laçın Beynəlxalq Hava Limanının açılışı bu ay olacaqsa, yəqin, mayın 28-nə təsadüf edə bilər. Mən belə düşünürəm. Başqa gün də ola bilər. Bu, mənim şəxsi fikrimdir".



R.Muradov Laçın Beynəlxalq Hava Limanının əhəmiyyətindən də söhbət açıb:
"Laçında eyni zamanda otel açılacaq. 5 ulduzlu yaxşı bir otel açılır. Beynəlxalq Aeroport elə-belə bir şey deyil. Siz bilirsiniz ki, Laçın Azərbaycanın səngər qalasıdır. Ona görə də aeroportun strateji əhəmiyyəti var. Ümumiyyətlə, Laçın özü Zəngilandan, Qubadlıdan fərqli olaraq strateji rayondur. Bu aeroportun açılması bizim müdafiəmiz üçün də önəmli olacaq. İşğaldan azad olunmuş ərazilərdə quruculuq, abadlıq işləri aparılır. Bu zona ümumilikdə turizm mərkəzinə çevriləcək. Xarici qonaqlar bura gələndə Füzuli aeroportuna enirlər, Zəngilana gələ bilirlər. Amma oradan məsafə uzaqdır. Amma Laçın Hava Limanına eniş, artıq çox gözəl olacaq. Yəqin ki, 1 saat və ya 45 dəqiqə ərzində Bakıdan bura təyyarələr gələcək və insanların axını artacaq. İndi çox insanlar istəyir ki, öz maşını ilə ora getsin. Burada yaşlı nəsil var, digər xəstə insanlar var bunların gəlib getməsi bir az çətin olur. Laçına yolların ucbatından həmişə az adam gəlib-gedərdi. İndi isə Laçının özü də yolları da qəşəngdir. Bir sözlə, bu həm strateji, həm də turizmin inkişafı baxımından öz əhəmiyyətli töhfəsini verəcək".


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!