Çayda boğulan yeniyetmənin meyiti tapıldı .....                        Daha bir direktorun səsyazısı yayıldı - Araşdırma BAŞLADI - FOTO .....                        Ağır qəzada 4 nəfər yaralandı .....                        Paşinyana qarşı impiçment başladıldı .....                        Laçın aeroportu nə vaxt açılacaq? - Ərdoğanın səfəri gözlənilir .....                        15 yaşlı yeniyetmə Tərtər çayında boğuldu .....                        Bakıda məşhur restoran sökülür .....                        Azərbaycanda distant təhsil tanınacaq .....                        Lerikdə 62 yaşlı turist dərəyə yıxıldı - FHN əməkdaşları köməyə gəldi .....                       
Tarix : Dünən, 16:58
Azərbaycanda distant təhsil tanınacaq


Azərbaycanda distant təhsil tanınacaq

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) distant təhsil xidmətlərinin təşkili ilə yeni dövlət standartı qəbul edib.
Bu standart distant təhsil xidmətlərinin layihələndirilməsi, göstərilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini əhatə edir və bu sahədə beynəlxalq normalara uyğunluğun təmin olunmasına xidmət edir.
Yeni standartın tətbiqində əsas məqsəd müasir texnologiyaların imkanlarından istifadə etməklə təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eyni zamanda vətəndaşlara yerindən asılı olmayaraq keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır.
Ekspertlər deyir ki, bu standartın qəbul olunması hazırda xarici ali məktəblərdən distant formada alınan diplomların avtomatik tanınacağı anlamına gəlmir. Bununla belə, Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələri bu standart əsasında distant təhsil xidmətlərini qurmaqla beynəlxalq tələblərə uyğun fəaliyyət göstərə biləcəklər.
Standart xüsusilə əyani təhsilə davam edə bilməyən – rayonda yaşayan, xəstəliyi olan, iş həyatı ilə təhsili uzlaşdırmağa çalışan şəxslər üçün daha əlverişli təhsil imkanları yaradılmasına töhfə verəcək.
Qeyd edək ki, yeni standartın qəbul edilməsi distant təhsil formasının yaradılacağı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Elm və təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, Azərbaycanda 2009-cu ildə qəbul edilmiş Təhsil haqqında Qanunda təhsil alma formalarından biri kimi distant təhsil nəzərdə tutulub:
“Amma heç bir hüquqi bazası, eyni zamanda təhsilanları təhsili necə almalarını yoxlayan, qiymətləndirən mexanizm olmadığına görə, bu formada təhsil hələki Azərbaycanda tanınmır. Hazırda Standartlaşdırma Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən tətbiq edilən qaydalar, o demək deyil ki, ölkəmizdə distant təhsil tanınır”.

Azərbaycanda distant təhsil tanınacaq

Ekspert bildirib ki, pandemiya dövründə dərslərimiz onlayn formada keçirildi, çünki başqa alternativ təhsil alma forması mümkün deyildi:
“Amma hazırda təsdiqlənən qaydalar distant təhsilin ölkəmizdə tanınması demək deyil. Onlar sadəcə olaraq distant təhsilin standartlarını müəyyən edir. Bu gələcəkdə distant təhsilin Azərbaycanda tanınmasına imkan verəcək ilkin hüquqi bazadır. Distant təhsilin ölkəmizdə tanınması üçün əvvəlcə ali təhsil haqqında qanun qəbul olunmalıdır. Ardınca Nazirlər Kabineti tərəfindən distant təhsilin təşkili qaydaları, qiymətləndirilməsi hazırlanmalıdır”.
“Çox təəssüflər olsun ki, insanlar artıq distant diplomların tanınacağını düşünür, bu belə deyil. Sadəcə olaraq distant təhsilin standartları təsdiqlənib. Necə ki, Azərbaycanda hazırda əyani və qiyabi təhsilin standartları varsa, distant təhsilin də standartları olacaq.Biz distant təhsili tətbiq etməliyik, çünki dünyanın bütün nöqtələrində müasir təhsil alma forması kimi tətbiq edilir. İnsanlar məkan dəyişmədən, böyük vəsaitlər sərf etmədən təhsil ala bilirlər. Bu gün distant təhsil alma formalarının önündə gəlir. Azərbaycanda da bu birmənalı şəkildə olmalıdır. Standartlar imkan verəcək ki, ali təhsil haqqında qanun qəbul olunduqdan sonra distant təhsil də ölkəmizdə tanınsın”-K.Əsədov qeyd edib.


Paylaş



Bölmə: Təhsil / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!