Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 4-05-2025, 07:39
Türküstan poeziyası

Özbəkistan şairi Dilorom ABDURƏHMONQIZI

– (Murotova Dilorom Abduraxmonovna) – 1963-cü ildə Özbəkistan Respublikasının Səmərqənd bölgəsində anadan olub. Şair, tərcüməçi, tədqiqatçıdır. Özbəkistan, Azərbaycan Yazıçılar Birliyinin və Qırğızıstan Şair Yazıçılar İctimai Fondunun üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun fəxri professorudur.
Daşkənd Politexnik İnstitutunda (indiki TDTU) təhsil alıb. İnşaatçı-mühəndisdir.
Müəllifin “Könül şəfəqləri” (2001), “Hayal sabahı” (2006), “Məhəbbət yağışı” (2012) kimi şeir kitabları, “Nəstərin butası” (2018, rus dilindən), “Kadirlidə – 4 gun” (2023, Azərbaycan dilindən) “Ulduzların pıçıltısı” (2022, rus dilindən), “Huzursuz melodiler” (2022, rus, dilindən), “Sözun xaqani” (2024, Azərbaycan dilindən), “Olduğu kimi” (2024, Azərbaycan dilindən) kimi tərcümə kitabları, araşdırma və elmi araşdırmalarına əsaslanaraq “Özbəkistan doppiləri” (2004), “Doppi tikdim ipakları tilodan... Tyubeteika moya, vyşita zlatom ona... Skulcap mine, embroidered with gold, it...” (2010) – özbək, rus və ingilis dillərində yaradılmış özbək takkeleri – papaqlarının kataloqu, “Qızın qırx sənəti varsa...” (2012), “Ekologiyaya ilk addımlar” (2014), “Ailə münasibətlərinin hüquqi aspektləri” (2014), “Sistematik təhlil: nəzəriyyə və təcrübə məsələləri” (2017) kimi bir sıra tədris-metodiki, elmi və populyar dərs vəsaitləri nəşr edilmişdir.
Anna Axmatova, Marina Svetaeva, Aleksandr Blok, Afanasi Bulqakov, Konstantin Paustovsiy, Aleksandr Kuprin, Qabriela Mistral, İvan Franko kimi dünya ədəbiyyatının məşhur nümayəndələri, Azərbaycan, türk, rus, qazax məşhur yazıçılar, şairlər, Ukrayna, Belarus müasir şairləri , Qırğız şair-yazıçıları öz əsərlərini özbək dilinə çevirmişlər. Tərcümələri bir sıra məcmuələrdə və respublika nəşrlərində çap olunub.
Dilorom Abdurahman qızının əsərləri rus, ingilis, türk, azərbaycan, fars dillərinə tərcümə olunub, xarici nəşrlərdə və beynəlxalq kolleksiyalarda dərc olunub.
Yazıçı “Özbəkistan Respublikasının Müstəqilliyinin 30 illiyi”, “Dünya Istaddatlar Birliyi” – “Dynie Talanttary Odag'y” Abay medalı, Azərbaycanın “Qızıl qələm” ədəbi mükafatı laureatı, bir sıra beynəlxalq ədəbi müsabiqələrin qalibidir.
Ailəsi ilə birlikdə Daşkənddə yaşayır. Uzun illər Özbəkistanın Qadın və Qızlar Komitəsində, Respublikanın “Ailə” elmi-praktik mərkəzində çalışıb. Hazırda Özbəkistan Yazıçılar Birliyinin iki yüz illik nəşrləri olan “Şərq tyzni” və “Zvezda Vostoka”da məsul katib vəzifəsində çalışır və yaradır.

NƏVAİ HƏZRƏTLƏRİNƏ

Sən əzəldən bu eşqin sirlərini bilənsən,
Şeir kitablarında bu eşqi göstərənsən.
Sənət qələmin ilə sevgi qəsrini tikib
Heyrət dolu tarixdə bizə aşikar edənsən.

Sən sözündə gövhərsən, dür təki bərq vuranım,
Sən cənnət adlı bağda ahular ovlayanım.
Nəva dolu gülüşlə günəş kimi nur saçıb,
Nuş edib eşq şərabın canına bağlayanım.

Zərrədə bütün varlıq, damlada dərya könül,
İzlərinin naxışı qəlblərə tutya könül.
Hikmət içrə üzənim hər nəfəsi ibadət
Söz mülkünün sultanı, piri, sarayı könül.

Söz aləminə bəzək, qüdrəti deyən Pirim,
Sözü əqil-kamaldan ucada görən Pirim.
İnsanı ucalara yuksəldən sözdür, deyib,
Sözü həm şərəf bilib, həm gövhər bilən Pirim.

Mürəkkəbə su damsa, almaz kimi daşırdı,
Mənası yüz cahanı göy tağındam aşırdı,
Eşq Tanrıdan gəlirsə, səsində ahəng-nəva,
Bir Leylanın qanından min bir mələk şaşırdi.

Sən fələyin özünə söz gövhərin saçanım,
Gövhər dükanın tikib, durlə inci açanım.
Köhnə dunya bağrını hikmət ilə doldurub,
Mənalar dənizindən qəvvas olub keçənim.


Sən hikmət bürclərində nur dolu gulustanım,
Bütün dunyanı tutan söz xəzinəm, cahanım
Qiyamətdə bərq vuran özün cövhərfəşanım,
Nəvai fəzlilətli, mənim türküm Turanım.
Özbək dilindən tərcümə etdi:
Faiq BALABƏYLİ


Şeir deyə bildiyim – İlahi həsrət,
Ürəkdə çırpınan ahlar surəti.
Baxışlarda oyaq qəlblər heyrəti
Böyük Nəqqaş çəkən rəngin hikməti.

İlham dediklərim başdan, əzəldən,
Dünyaya yayılan hüsnünün əksi.
Torpağı titrədən İsa nəfəsi,
Məhəmməd gətirən xoş xəbər səsi.
***
Axşam düşər, susar quşlar,
Ağaclar – yuxu tapmışlar.
Axşam çağı dolmuş çaylar
Məcnun söyüd könlün oxşar.

Axşam çağı dolmuş çaylar,
Sakit-sakit daşmaqda gah.
Səslənməkdə, söylənməkdə,
Nağıl sirrin edər agah.

Qular yatar su boyu tən,
Bulaq qaynar yar köksündən.
Tərpənməkdə bomboş qayıq
Aralanmaz heç yerindən.

MƏNİ YADA SALIRSANMI, MƏHƏBBƏTİM?

Ürəyimi yandırmaqda bu gün ahım,
Gözlərinə sıçrayırmı ürək dağım?
Gülab deyib içdiyim o şirin ağum –
Məni yada salırsanmı, məhəbbətim?

İllər ötdü, sevdim səni, darıxaraq,
Uzaqdakı ulduzumçün yandım ancaq.
Həsrətindən gül ətrini qoxlayaraq,
Məni yada salırsanmı, məhəbbətim?

İllər sakit dağıtsa da xəyalını,
Yuxularda gördüm ancaq vüsalını.
Baharlardan alıb gəldim sualını –
Məni yada salırsanmı, məhəbbətim?

Can içində gah ağrısan, gah da dözüm,
Hicranına heyran özüm, düçar özüm.
Ürəyində qalıb bəlkə mənim sözüm,
Məni yada salırsanmı, məhəbbətim?

BAYSUN BAĞLARINDA

Yarpaqsız ağacların
Səbr budağından
Asılıb qalıbdır
Qan dolu ürək kimi
Öz yarını tapmayan
Qızlarımız – almalar.

Səssiz ağacların
Qədir budağında
inciyib qalıbdır
hətta bağrını
güzgüyə tutmayan,
yalqız almalar.

Dilsiz ağacların
Səbr budağında
Diləyi ilə durub
Əhdindən dönməyən.
Sirrini deməyən
Hərgiz almalar

SURXANIMA

Vətən rəngi enib dolar növrağıma,
Dağdan-daşdan cavab tapdım sorağıma.
Ürəkdəki narahatlıq bitər yəqin,
Bahar yeli ola biləm Surxanıma.

Çaylarına həsrət könlüm buza dönər,
Qaranquşlar nəğməsini gəzib enər.
Çəmənlərdə novruzgülü gülüb durar
Bahar yeli ola biləm Surxanıma.

Duru sular çeşmələrin gözü kimi,
Məxmər güllü bənövşənin üzü kimi,
Yeni köçən gəlinin hürr sözü kimi,
Bahar yeli ola biləm Surxanıma.

Ürəkdəki, qəlbə yaxın nəvalarım,
Rəvayətlər nəql eləyən nənələrim.
Köksümdəki genişliklər, səmalarım,
Bahar yeli ola biləm Surxanıma.




***
Kəpənək,
Gəl, birlikdə tikmə tikək,
Ümidin rəngindən kimsə doyubdu?
Gəl, mənim könlümə bir yol sığal çək,
Barmağım ucunu iynə oyubdu.

Kəpənək,
Seçib ver gözəl rəngləri
Naxışlı ürəkdə qəmlər susarmı?
Susub qalmaqdadır dünya rəngləri
Bir gün baş əyərək yoxa çıxarmı?

Kəpənək,
Gəl, birgə axtarıb görək
Dünyada nələrdir oyaq varmaqda?
Narahat dəyişər gecəylə gündüz,
Sübhanlıq ayətlər oyaq durmaqda?

Kəpənək,
Gəl, indi xəyallar quraq,
Dünyanın işindən kimlər doyubdu?
Sonsuz səmalarda könül yandıraq,
Ürəyə can atıb, bir eşq dolubdu.
Kəpənək,
Gəl daha...

***

Əgər beləysə, edək yüksək dualar,
Ev-eşik qızıldan, qızıldan kandar.
Evinə gəlsə də sevənlər, dostlar,
Könlünə münasib könül olmasa,
Sən tamam qəribsən, qəribsən, ürək.

Sərvətin yaraşsa gözəl meydana,
Ad-sanın yayılsa bütün cahana,
Əllərin yetsə də, lap asimana,
Könlünə münasib könül olmasa,
Sən tamam qəribsən, qəribsən, ürək.

Ayağına düşüb, baş əysə qullar,
Nəğməndən məst olub, uysa könüllər,
Səninçün köksündə olsa da güllər,
Könlünə münasib könül olmasa,
Sən tamam qəribsən, qəribsən, ürək.

Yanında can alan, gözəl qələmqaş,
Çəkib versə qızıl kasalarda aş,
Sədası gözəllə olsa da yoldaş
Könlünə münasib könül olmasa,
Sən tamam qəribsən, qəribsən, ürək.

Çəməni xoş görüb, könlüm, bağ dedin,
Üzündə təbəssüm, vaxtım çağ dedin.
Mərdlərin içində köksüm dağ dedin,
Könlünə münasib könül olmasa,
Sən tamam qəribsən, qəribsən, ürək.

SƏN ANANDAN XƏBƏR AL...

Köynək çıxarmasan da, bildin, bürünmüş qalmaz,
Fərqli zamanlar görən, - qismətlilər ac qalmaz.
Sübh azanından baxar, daxmasına girəmməz,
Sən anandan xəbər al, dünyan kiçilib qalmaz.

Aləm dərdin çeynəyib, gəzməkdə bildirmədi.
Ötkəm tutar qəddini, dərdini sezdirmədi.
Gecə-gündüz duada, nalə edər Allaha,
Can içrə min can çəkib, taleyini dilədi.

Bir yol gözü yumulsa, yuxusuna girmisən,
Həsrət öyən baxışın, qabağında durmusan.
Musiqitək səslənər, heç nə girməz könlünə
Get, anandan xəbər ol, sən nə edib gəzirsən?

Günəşi əzizləyər, balama tənsən, - deyə,
Külək ilə danışar, balamtək əsən, - deyə.
Bir bax, ay da, ulduz da xəbər alıb durubdu,
Ya da kimsə dedimi, o, gen ölümdən deyə?

Kənddən gələnlər ilə, çörək verib göndərir,
Deyir - narahat olma, anan yaxşı, sağ gəzir.
Bu sözlərə inanma, nadan olma, yola düş,
Vida üçün dünyanı möhkəm tutub, gözləyir.

Qəlbdən keçdi əndişə, zəng eləyib çəkdin ah,
İnanma, simlər yalan, dünya yalan, ol agah!
Ölü ömr ağacından tutub durubdu, tələs,
Payızda budaqlarda qalmayır bircə yarpaq...

...qalmayır bircə yarpaq...


ƏZIZ ANAM

Qamətini qaldırıb gəz,
Əyilib qalma sən ağac sayağı.
Deyib “tənbeh” edir atam anamı,
Qamətimizi düzəldərdik belədə bizlər.

Anam qarı yerin üstündə idi.
Yerdə durardı
Təndir
Ocaq
Qazan
Süfrə
Biz isə göylərdəydik, göylərdən.


İllər ötdü, sanki
Çaylardan tez.
Əziz anamın qəddi bükülüb qaldı.
bizim qəddimiz dik
Ondan uzaqda
Yerdən bir dayaq tapıb söykəniş aldı...
***
Səmamda bir rahatlıq əridi,
Qışdan qovulan qar kimi.
Mən isə qoruyub qəlbi,
Darıxmaqdayam -
Yar kimi -
Gözlərimdə yanıb yatar həsrət,
Dünya kimi dünyasından keçə bilməyən
Könül kimi, ruh bədəni tərk etməyən.
Yuxum kimi
Yuxularımdan çıxammayan
Könlümə gəlib çatmayan.
Ya da
Səma kimi -
Gözlərimə baxmaqdadır
Batinimə yatan
Əzizim,
De, ya gözlərin
Göylərdə gizlənibmi?
... onda mən bu dünyaya nə üçün gəldim?

***
Mən bir yarpaq,
Su üzünə düşüb qalan
Və axıb gedən
Sonuncu mənzilə
Bu qədər tez axar çay.
Su boyuna gəlməzmi sevgilim...

***
Gecə -
Gözübağlı getməkdədir
Məcnun sevdası,
Onun qaragöz ilgəyində
Eşqin ruhu aldanıb qalan.
Günlər isə
Sanki zindana salınmış
Məhkumun ilk məhəbbəti –
Axşam çağı qanayar hicran...

Özbək dilindən tərcümə etdi:
Şahməmməd DAĞLAROĞLU



* * *
Hazanrez –
bahçelerde sarışın hayal,
Ey, hayal gücünün
bakışgahi, bak,
Şafak eyvaninda kuşlar zikriyle
Altın ipek gibi
dalgalanır bağ.

Sarhoş hayal gibi
nemli dallarda,
Asılı duruyor mehküm yapraklar.
Eski anılarda her an titriyor,
Dertli hazan ile en son sorular.

Niye?
Neden geldin?
Neden gidiyorsun?!
Gözlerin gözlerim şehrinden alip,
Ben nasıl kalıram
bakışlarımı,
Can gibi bakışın koynundan yolup.

Sensiz bir çöl gibi kuruyan varlık,
Hicranin suratin taşır yüreğe.
Sevdalim, yaşamak
ruhlar yolundan,
atilip,
atilip,
uzanır göke.

Gökyüzü doluyor binlerce sırla,
Arzulu göz gibi giryan yıldızlar.
Fısıltılı,
hışırtılı düşür yapraklar,

Hazanrez – bağlarda basılır izler.

* * *
Ne garip ben
sonsuz bir aşkın,
Yollarında üzgün
duaibadam,
Safran rengli özgür arzularimin,
Şehiri içinde semeri kadam.

Ah, benim özlemlerim
yıkanmış Sema,
Sen neden ağladın,
kimin gözüsün?
Yağmurlar yağdı mı Semerkantta da?
Ve ya aşk Kaysinin hangi sözüsün,
neden ağladın

Yapmamiş günahından utanip,
Ömürü bir başdan kim gözlemekte?
Sen beni semaya kaybetme asla,
Gökler de sevdimi,
yanıyorum sessizce,
Uçmak istiyoruç turnalar gibi,
Muhabbet ülkesin güneylerine...

AKŞAM ŞARKISI

Ruh iç çekiyor
akşam karışık şafaklar ile.
Duygular gizemli,
sesler gizemli,
uyanış gizemli.
Kader ve kaygının arasında
gönül yarım,
ay yarım,
ay gibi yetim.
Dört yanımı kucaklıyor,
özlemin bir aziz,
hüzünlü renki.
Ne büyük bir zevk duymakta gönül,
gizemli dertlerin içinde dertli
a, Tanrım?!
Burda ne vasıf ki,
kalpe dökülür,
ruh ise susamış mülakatina.
Beş büyük değişiklik eşiğinde,
Akşam kaykılıyor
öz eski seltenetine.
Göksel gizemli bağ sallanıyorken,
gönüle melekler geliyor.
Akşamın sesini dinliyorum, kalbe
sanki ilahi ayetler sızıyor.

İBADET
Dünya, açik kalan eski koynundan,
Bakan o bakışlar kalbim içiyor.
Gizli konuşmalar, kalb derinliğinde,
Pişmanlıklar ise gizli geçiyor.

Ömür geçermiş o kervan peşinden,
Yoldan yanılanlar ağliyor hala.
Müslime yıldızlar sahir gök üzre
Ayetleri tekrar sözlüyor hala.

Hayat ağacını salliyor sanki,
Dehr dünyasına yabancı ruhun.
Kalbinde dünyavi tozleri varsa,
Sıs gibi yayılmaz keder-enduhun.

Bir günde beş büyük değişmek döğrü,
Katılıp dünyanın ibadetine.
Ruhdan ışık isteyip kalbini çağır,
Rabbimin verdiği mülakatina.


* * *
Sevdalim, biri az yaralmış dünya,
Öz aşkına kendi sarılmış dünya,
Ya cehalette lenetlenmiş dünya,
Günlerim dünya gibi geçiyor hemen.

Ömür mü gönülden uzakda geçen,
Gönül mü ömürden ayrı su içen,
Ben peki, o sensiz günden vazgeçen,
Hayat mı uykuda geciyor hemen?

Dünyan tuzağına düşmez semaler,
Kaderi sıçrayan Mama Hevvaler,
Kanımda dolaşır gizli nevaler,
Melayikler sessiz gülüyor hemen.

Günlerim Sen gibi geçiyor hemen...

* * *
Doluşan ve safran renkli ağaçlık,
Mehrem — Güz koynuna basar çağında.
Kokuna bağlanan — tutsak ağaçlar,
Soyuna başliyor güz kucağında.

Yağmuru hissetip teşne koynunda,
Islak öpüclerden ağaçlar sarhoş.
Hazanın dansına düşer yarı çıplak,
Onları bekliyor uzun kış — düş...


* * *

Arzular kanadı
yayık kuş muydu,
Bulup,
kaybettiğim gizli düş muydu,
Gönülün endami güzel aşkmiydi,
Bir garip ömür olsa,
geçiyor.

Sevdalim,
teselli verme, şaka yapma hiç,
Kaderin giysisi neden çok ağir,
Dünyanın göleti bunca
kıpkırmızı,
Gögsümde bir şeyler mi yanıyor.

Bu yollar acısı hoş mu veya ağır,
Kirpiğe dizilmiş çiğlar çok çıplak,
Benden uzak durma hiç zaman,
Gönülden bir şeyler mi geçiyor.

Sevgilim,
kalp razım sana söyleyim,
Bakışındaki gizli şarkıya geri döneyim,
Acı dolu fısıltına katılayım,
Gözünde ne arzu yanıyor,
Gökler yüreğimde sınıyor...

Mütercim: Rahmet Babacan


Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!