Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 3-05-2025, 22:31
İdarəetmənin əlifbası

Ömər ÖMƏROV,
publisist, yeni təfəkkür və yeni bilik sisteminin müəllifi.



İdarəetmənin əlifbası

(Azərbaycan futbolunun dünyada №1 olması üçün ən qisa və investisiyasız yol)
Hər hansı işin uğuru düzgün idarəetmədən asılıdır. Nə dərəcədə superideya olur-olsun, pis idarəetmə onu məhv edəcək. İdarəetmənin əsasları deyir ki, ilk növbədə məqsəd qoyulur, sonra məqsədə uyğun addımlar ölçülüb hesablanır və resurslar təşkil olunub addım-addım həyata keçirilir. Vəziyyət dəyişdikcə, planlar və hərəkətlər ona uyğun sıxlaşdırılır.
Ritorik sualı verməklə məqsədi aydınlaşdıraq: Azərbaycanda gələcəkdə özünü Avropa, ya dünya çempionu kimi “görən futbolçu, məşqçi, ya klub prezidenti varmı? Qəti şəkildə deyə bilərik ki, yoxdur. Bəhanələri qoyaq qırağa, lap ən qorxulu yuxuda da bu mümkün deyil. Səbəb isə futbol ulduzlarının bütləşdirilməsi ilə bağlı daxili inamsızlıqdır. Artıq problem xəstəliyə çevrilib, nə AFFA, nə də ən təcrübəli xarici mütəxəssislər bunu aradan götürə bilməz. Eyni şəkildə belə bir yanlış təsəvvür var ki, güya məşqçi futbolçunu çempion eləməlidir. Onun işi birinci addımı atmağı öyrətməkdir və irəli gedənə dəstək verməkdir. Əgər insanın canında, qanında, ürəyində yoxdursa, onda nə edirsən-et, axırı bəllidir. Lap ölkə miqyasında baxsaq, azarkeş toplumumuz da həmin sıravi futbolçu kimi, parlaq gələcəyə inammır. Bunun nəticəsində də “sosial sorğu” anlayışı, yəni azarkeş kütləsinin “tələbatı” yoxdur.
Kimsə də bu istiqamətdə nəsə eləməyə cəhd etsə də, saniyə keçmədən ona agılsız deyərlər. Hamı “yeni ideya lazımdır” deyir, amma deyən kimi “yeni ideya var”, elə bil onları ildırım vurur, iflic tutur, nəfəsləri kəsilir, susub tez aradan çıxırlar ki, heç kim bunu görməsin. Kimliyindən asılı olmayaraq, bu baş verir, yüz dəfələrlə yoxlanılıb. Səbəb isə bu: qorxurlar ki, yerindən tərpədərlər, sonra belə işi hardan tapar? Tərpədəndə isə elə tərpədirlər ki, sonra futbol dünyasında bir künc də tapmaq, ya plintusun altında gizlənməyə yer olmur. Buna görə hamı başını aşagı salıb, sakitçə bacardığını edir, təki heç kim görməsin. Öskürəndə də ora-bura baxırlar, nəsə alınmayanda da onu-bunu hay-küylə günahlandırırlar, sonsuz sayda bəhanələr uydurub ürəklərini boşaldırlar. Bütün bu hallar sistem səviyyəsində formalaşır və Azərbaycan futboluna irəliləyiş üçün bütün yolları baglayır. Amma elmi yanaşaraq bu problemi çox asan aradan götürmək olar, heç külli miqdarda vəsaitə də ehtiyac yoxdur. İnsanın imkanlarını elektrik stansiyası və ya ağır yük maşını ilə müqaisə etmək olar: biz şəhəri işıqlandıra bilərik, lakin yalnız öz mənzilimizə və bağımıza işıq veririk, yük maşını ilə təkcə çörək daşıyırıq. Bu məqalənin də məqsədi futbol cəmiyyətində inam yaratmaq və növbəti məqalələrdə yeni təfəkkürə əsaslanaraq, ağlı işə salmaqla konkret olaraq qələbə yoluna çıxmaqdır. Hər şeyin əsasında məqsəd, elmi yanaşma və sistemli addımlar olmalıdır. Sistemlərin elmi qanunu: sistemin içində olaraq sistemi dəyişmək olmur, bu, yalnız sistemdən kənar olaraq mümkündür. Müstəqil baxış hər şeydən önəmlidir.
Nəticə: futbolu futbol adamı dəyişə bilməz. Məsələn, mən müəllif olaraq futbol sisteminin içində deyiləm deyə, bu sistemin heç bir qruplaşmasının maraqlarını irəli sürmürəm və sürə də bilmərəm, odur ki, müstəqil futbol eksperti və nəzəriyyəçisi adına layiq olduğumu iddia edə bilərəm.
Həyatın əlifbası. Xüsusi hissə.
Bu məqalənin yazılmasının səbəbi ondan ibarətdir ki Azərbaycan futbolunu hamı tənqid edir, amma konkret heç nə təklif eləmir. Təklif edənlərin fikiri yalnız pul və ya vəzifə ətrafında fırlanır, yəni onlara bunları versələr, Azərbaycan futbolunda hər şey düzələr. Bundan əlavə, əlbəttə ki, futbol haqqında çox adam danışa bilər, amma onların içində 1–2 cümlə yaza bilən varmı? Başqa yol var, məsələn, siz dünya səviyyəsində futbolçu, məşqçi, klub kimi formalaşmaq istəyirsinizsə, bu istiqamətdə ilk praktiki irəlləyişləri, bu məqaləni axıra qədər oxuyan kimi, hiss edib görəcəksiniz. Yəni, bir sıra oyunlarda siz möcüzə olaraq qalib gələrsiniz. Necə? Hazırda bütün dünyada insanın daxili qüvvələrindən heç kim istifadə eləmir. Futbolçuya, məşqçiyə resurs, mənbə kimi baxırlar, “o olmasın, bu olsun” məsələsi. Bu boyük məhdudiyyətlər yaradır və əsl istedadı göstərməyə yol vermir. Məramımız: daxili potensialın sirrini açmaq və Azərbaycan futbolunun səviyyəsini artıq vəsait xərcləmədən qaldırmaq.
Nəyə görə indiyə kimi, heç bir futbol komandamız Avropa, ya dünya üzrə çempion olmayıb və köhnə qayda ilə getsək, heç vaxt olmayacaq? Çünki ağlımız yanlışlar və şablonlarla doludur. Məsələn, uşaqlıqdan bizim inkişafımız üçün, yalnız iki yol göstəriblər:
1. Fiziki əziyyət çəkmək yolu. Yəni hamıdan 5–10 qat çox işlə, çalış-vuruş, onda qalib olarsan. Burda problem ondan ibarətdir ki orqanizmin fiziki limiti var və sizdən başqa bütün dünya da bu limitə yaxın işləyir. Bu sahədə fərqlənmək, demək olar, mümkün deyil. Başqa problem, bədənin resursları get-gedə azalır və sizin yerinizi təcrübəsiz cavanlar tutur. Belə bir zarafat var: işləməkdən at da ölür, siz atdan da güclüsüz? Buna baxmayaraq, bu sahə üçün heç kimin istifadə etmədiyi yaxşı fəndlər var.
Nəticə: fiziki hazırlıqsız alınmır, amma yalnız bu yola üstünlük vermək düz deyil.
2. Pul yolu. Bütün dünya bu yolu şeçməklə yaşayır, artıq bu, xəstəliyə çevrilib. Adam fikirləşir ki, ona istədiyi gədər pul versələr, o bütün problemləri həll edər. Problem odur ki, heç vaxt sizə istədiyiniz gədər pul vermirlər və verməyəcəklər. Belə olsa, onda hər hansı küçədən keçəni götürüb, ona transer marketdən milyonluq futbolçuları almaq olardı və hər il o komanda Avropa çempionatlarında “Real” ilə, “Barselona” ilə vuruşardı, arada da bəxti gətirib udardı. Həqiqət ondan ibarətdir ki, problemləri pul vasitəsi ilə həll eləmək, odu benzinlə söndürmək kimidir.
Nəticə: yalnız bu yola üstünlük verən əsla peşəkar deyil. Peşəkar olan materialdan, birinci saniyədən nəticə göstərir.
Nəhayət, qeyd edək ki, bu iki yolun çatışmazlıqlarını hamı başa düşərək, bacardığı qədər ağıl qoymağa çalışır. Hamı bilir ki, qalib olmaq üçün yeni ideyalar lazımdır və onları başqalarında axtarıb mənimsəyirlər. Fakt, siz onları həyata keçirənə gədər əsl yaradıcılar daha üstün ideyaları tapacaq və bekləliklə, siz strateji cəhətdən həmişə arxada qalacaqsınız.
Nəticə: bu yol da yanlışdır, çünki “çox” ağıllı olmaqla uzağa getməzsiniz, həmişə sizdən də ağıllılar üzə çıxır.
Mən sizin üçün ən qısa, lap bu dəqiqə nəticə verən yol göstərəcəyəm və məsələ budur ki, bu yoldan dünyada heç kim istifadə etmir. Onlar oyanana kimi, siz artiq əlçatmaz olarsınız. Bu yol – yeni bilik deyil, aydındır ki, siz məndən daha varlı və ağıllısınız. Mən sadəcə, sizə yeni təfəkkür, yeni prinsip təklif edəcəyəm. Artiq əziyyət niyə çəkəsiniz? Siz minləri qazanmaq üçün milyonları xərcləyirsiniz, gəlin, elmə əsaslanaraq, minləri xərcləməklə milyonları yox, milyardları qazanaq, sonra da Azərbaycan futbolunu istənilən kimi inkişaf etdirək.
Dediyim kimi, hamı insanın xarici resurslarından istifadə edir, sonsuz sayda insanın daxili imkanlarına heç kim girişmir. Nümunə üçün mən sizə birinci düzgün addımı göstərim və necə deyirlər, “yola düşmək üçün sən birinci addımı at, yol özü səni aparacaq”. Bütün klub üçün hazırlıq proseslərinin, yeni təfəkkür çərçivəsində formalaşması üçün 2–3 il tələb olunur, amma konkret nəticəni siz 15–20 dəqiqəyə də ala bilərsiniz. Bilmək üçün növbəti hissəni oxuyun və düzgün gərar verin.
Mübarizənin əlifbası. Konkret hissə.
Futbolda bütün prosesslərin ilkin hüceyrəsi iki nəfərin toqquşmasına bağlıdır. Kim qalib olacaq, biz bilə bilmərik çünki burda minlərlə şərt var. Amma, prinsipial düşünərək, iki nəfərdən kimin qalib gələcəyini və sonra nə baş verəcəyini konret bilmək olar. Qanun: Kimdə qorxu azdır, o dəqiq udacaq, lap zəif olsa da, o udacaq. Qorxu termini burda psixoloji yox, bioenerji tərəfdən nəzərdə tutulur. Kontakt olmamış biz bütün komandanın qorxu (mənfi enerji) səviyyəsini endirsək, qarşı komandada qəribə hadisələr baş verəcək: hər hansı futbolçu, çoxlu sayda səhvlərə yol verəcək, komanda isə tezliklə ruhdan düşəcək. Yalnız bunu dərindən anlamaqla sizin statusunuz bir an içində yüksələr, avtomatik olaraq qələbələr və kontraktların məbləğləri də qat-qat artar. Konkret olaraq, cəmi 15–20 dəqiqəyə ən zəif komandanın güvvələrini bir yumruğa toplamaq mümkündür və meydanda, onun qarşısına çıxan ən güclü komandanın oyunu dağılacaq, sizin qabağınızı heç kim kəsə bilməyəcək. Bu işi aparmaq psixoloqun, psixoterapevtin, gipnoloqun, ekstrasensin və ya başqa mütəxəssislərin səlahiyyətində deyil. Bu istiqamətdə çalışın və hər bir addıma 10 qat xeyir tutarsınız, alınmasa soruşun. Belə gizli imkanlar minlərlədir deyə, hamısını həyata keçirimək üçün vaxt lazımdır.
Əlbəttə, irəliləyiş edən kimi, bütün dünya sizin bütün hərəkətlərinizə linza altında, hüceyrə səviyyəsində baxacaq, hər şeyi hər hansı yolla mənimsəməyə çalışacaq, buna görə hər şeyə hazır olmaq lazımdır. Bir problem üzə çıxacaq – hər hansı oyunda komanda sevinməkdən ağılını itirə bilər, qarşı komanda isə tez ayılıb heyfini çıxar. Gələcəyə açıq olun. Burda başqa problem üzə çıxır – insan təbiətinin “kölgə” tərəfi. Məsələn, siz çox gözəl bilirsiniz ki, lap ən yaxın adama borc pul ver, pis vəziyyətdən onu çıxart, sabah o sizi pis vəziyyətə salacaq və siz heç nəyi sübüt edə bilməyəcəksiniz. Ümumdünya problemi: adətən, ən yaxınlarımız bizi adam yerinə qoymurlar.
Futbolda qorxudan sonra ən böyük problem ulduz xəstəliyidir. Məsələn, futbolçu ya məşqçi “çaşıb” Avropa meydanına nə vaxtsa ayaq basıb, sonra açıq şəkildə özünü göylərə qaldırır, ömrünün axırına kimi özünü super mütəxəssis sayır, hamı da “qaqaş peçat vurub e” deyərək alqışlayır. İndiki futbolun səviyyəsi belə primitiv düşüncədən başlayır. Ehtimal nəzəriyyəsinə əsasən bir–iki dəfə Avropada çempion olmaq təsadüfdir, üç dəfə olsan, buna qanun demək olar. Başqa gözə görünməyən misal: bir artıq qol vuran kimi, bir artıq qələbə çalan kimi, başlayırlar qiymət oxumağa, artırmayanda da hər hansı yol ilə kluba, komandaya zərər vurmağa əl atırlar. Ümumilikdə deyirlər “hamı yorğanı öz üstünə çəkir”.
Əslində, ulduz xəstəliyi elə-belə göydən düşmür, o qorxunun əks tərəfidir. Qorxu insanı lazım olan yerdə susdurur, lazımsız yerdə isə... əksinə. Qorxu pis hadisələri özünə çəkir, futbolda üzə çıxmasa da, insanın zəif yerini tapıb üzə çıxır. Misal üçün, bu məqaləyə uyğun olaraq, ulduz xəstəliyi necə baş verəcək, onu da deyim: indiyə kimi burda deyilən fikirləri heç kim bilmirdi, amma oxuyandan sonra hər şey sadələşir deyə, çox adam deyəcək ki, “əşşi, bunu nənəm də bilirdi”. Lap yaxşı, çox gözəl, əla, indi konkret nəticə göstərin. Nə vaxtsa olub, indi yoxdur, deməyə yer artıq qalmadı.
Qeyd: heç bir möcüzə birdən-birə baş vermir, o illərlə çəkilən əziyyətlərin nəticəsidir, burda isə açıqlanan yeni imkanlar “Futbolun yeni fəlsəfəsi”nə söykənir. 2024-cü ilin sentyabr ayının 13-ü, Tokioda, beynəlxalq elmi konfransda belə bir adda mənim müəllif tezislərim dərc olunub. Məqalə özü də konkret müşahidələrə, təcrübəyə və nəticələrə söykənir. Məsələn, məni tanıyanlar bilmir ki, ilk təcrübəmi Ukraynada almışam, yəni ora məktəbə düşən kimi məni məktəbin yığmasına götürüblər, sonra şəhər səviyyəsində yarışlara da qatılmışam. Bu, ona görə baş tutub ki, ondan əvvəl də mənim müəyyən şəxsi təcrübəm olub, yığma komandalara elə belə götürmürlər. Yəni mənim o vaxtdan şəxsi hazırlıq proqramım var və indi də hər hansı futbolçuya, ya da məşqçiyə rast gələndə, yeni təcrübələri yiğıb, bilik və bacarıq bazamı səmərəliləşdirirəm. Bu artıq vərdişdir: öz üzərimdə hər gün çalışıram, irəlləyişlər eləyirəm, bu yoxlanılmış bacarığımı istəyənlərə verirəm və əməkdaşlıq üçün həmişə hazıram.



Paylaş



Bölmə: İdman / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!