“Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        Balaca adamın yekə buketi .....                        Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək .....                       
Tarix : 21-11-2019, 11:24
AFFA-dan futbolçular arasındakı davaya cavab
"Oyunçular arasında emosional vəziyyət olur və bu çox təbiidir".
Butov.az xəbər verir ki, bunu Publika.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Uels, Trnavada isə Slovakiya yığması ilə oyunda Azərbaycan millisinin futbolçuları arasında dava olması ilə bağlı iddialara cavab verərkən deyib:
"Məsələ ilə bağlı baş məşqçinin açıqlaması var və bildirilir ki, bu epizodda şişirdiləsi nəsə yoxdur. Yəni qorxulu heç nə baş verməyib. Haqqında danışılan söz-söhbət birinci hissədən sonra fasilədə baş verib. Paltardəyişmə otağında həmişə emosiyalar yüksək olur. Oyundan sonra da baş məşqçi mətbuat konfransında bildirdi ki, Eddi İsrafilov fasilədə emosional olduğuna görə onu ikinci hissədə meydana buraxmamaq qərarına gəldim və əvəzlədim. Yəni söhbət hansısa davadan getmir. Futbol emosiyaların oyunudur, həyəcanlı oyundur və burada futbolçular bir-birinə irad bildirəndə təbii ki, emosional şəkildə bildirir. Digər tərəflərə gəldikdə guya onlar dalaşıblar, digər futbolçular müdaxilə edib, kimsə kiminsə tərəfini tutub filan, bunların əsası yoxdur. Ramil Şeydayevin özü də bildirib ki, mən bu barədə danışmaq istəmirəm. Yəni burada şişirdiləsi nəsə yoxdur. Baş məşqçi Yurçeviç məsələyə bu baxımdan müdaxilə edərək futbolçunu əvəzləyib".


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!