Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb .....                        Azərbaycan opera kollektivi dünya səhnəsində .....                        "Qarabağ" və "Neftçi"dən Rəsulzadə ilə bağlı PAYLAŞIM .....                        Tramp 13 yaşlı qıza təcavüz etməkdə suçlanır .....                        "Mən azərbaycanlıyam!” deyib rəqibinə meydan oxudu - VİDEO .....                        “Problemlər xalqı görməməyimizdən irəli gəlir" - Pezeşkian .....                        Pakistanda eyni vaxtda 12 terror aktı - 10 polis öldü .....                        Məşhurlar narkotikə görə saxlanıldı - SİYAHI .....                        Suriya hökuməti SDQ ilə anlaşmaya nail oldu .....                       
Tarix : 13-03-2017, 18:04
Ayxan Abbasov: "Digər oyunlarla müqayisədə bu gün əzmkarlıq çatmadı"

"İki fərqli hissə oldu. Oyuna yaxşı başlamadıq. Qapımız qarşısında qolla nəticələnən epizod yarandı. Fasilədə futbolçularıma tapşırıq verdim ki, qorxmasınlar, oynasınlar. Baxmayaraq ki, "Kəpəz" öz meydanında azarkeşlərin dəstəyi ilə daim əzmkar oyun sərgiləyir".
Butov.az-ın "Report"-a istinadən məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXII turunda "Kəpəz"ə səfərdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
36 yaşlı mütəxəssis meydanın vəziyyətindən şikayətlənib. O, bir neçə epizoddan yararlana bilmədiklərini qeyd edib: "Düzdür, bir çox amillər var idi. Meydanın vəziyyəti də futbolçulara oynamağa o qədər də imkan vermirdi. Amma bunlar bəhanə deyil. Onlar da bu stadionda oynayırdı, biz də. İkinci hissədə futbolçular istədiklərini etməyə çalışdılar. Bir neçə epizoddan yararlana bilmədik. Amma hələ IV dövrənin ilk oyunudur. Elə böyük problem də yoxdur. Qalan 6 oyuna hazırlaşaraq, istəyimizi həyata keçirməyə çalışacağıq. Digər oyunlarla müqayisədə bu gün əzmkarlıq çatmadı. Hər bir şəraitə uyğun oynamalıyıq. Futbolçuları da buna uyğun hazırlamışdıq".
A.Abbasov Elvin Məmmədovla Viktor İqbekoyinin əsas heyətdə deyil, ikinci hissədə meydana daxil olmalarına da aydınlıq gətirib: "Çox fikirləşdik, istər-istəməz yol gəliblər, ikinci hissədə 20-25 dəqiqə oynayarlar. İqbekoyini son görüşlərdə sağ cinahda oynatmışdıq. Akim Latifu sağalıb. Ortada onun oyunu yaxşı alındığı üçün bu cür seçim etdik. Əsas odur ki, komandada rəqabət var".


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!