20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 20-02-2026, 20:07
Dövlət standartlarını ehtiva edən Analitik Mərkəz


Dövlət standartlarını ehtiva

edən Analitik Mərkəz


Biz bu yazıda Azərbaycan Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun “Analitik cihaz və avadanlıqlardan istifadə mərkəzi”nin fəaliyyəti, iş prinsipi və başlıca vəzifələri haqqında söhbət açmaq istəyirik. Əgər desək ki, bu mərkəz xüsusi əhəmiyyətə malik, geniş spektrli, ölkəmizdə tayı-bərabəri olmayan mühüm dövlət əhəmiyyətli bir laboratoriya funksiyasını yerinə yetirir, yəqin ki, yanılmarıq. Belə sanballı, dünya standartlarına cavab verəcək bir mərkəzin varlığı ölkəmiz üçün olduqca vacib və zərurətdən doğan bir hal kimi qiymətləndirilir. Məhz bu səbəbdən də institutun direktoru akademik Akif Əlizadə bu mərkəzin yaradılması, ərsəyə gəlməsi üçün əlindən gələni əsirgəməmişdir. Nəticə göz qabağındadır. Təsadüfi deyil ki, bu mərkəzi institutun “döyünən ürəyi” adlandırırlar.

Respublikamızın görkəmli elm xadimlərindən biri, respublika dövlət mükafatı laureatı akademik A.Əlizadə mərkəzdə öz işinin incəliklərinə dərindən bələd olan savadlı və bilikli elmi kadrlardan ibarət yaradıcı bir kollektiv formalaşdırmağa nail ola bilmişdir. Mərkəzə əməkdar mühəndis Nazim Sadıqov rəhbərlik edir. Bizimlə söhbət zamanı öyrəndik ki, bu mərkəz 1977-ci ildə yaradılıb, formalaşdırılıb, ölkəmizin qabaqcıl mərkəzlərindən biri kimi tanınmaqdadır. Kollektiv bir çox şirkət və təşkilatlarla əməkdaşlıq şəraitində fəaliyyət göstərməkdədir.
Respublikamızın mineral xammal bazasının inkişafı və geoloji-xidmət işlərinin effektliyi dağ süxurlarının, filizlərin, mineralların və texnoloji işlənmə məhsullarının kimyəvi tərkibinin öyrənilməsinin keyfiyyətindən çox asılıdır. Xüsusən də son illər fiziki və fiziki-kimyəvi üsullarla yanaşı tətbiqi geokimyaya da böyük təlabat olması səbəbindən analitik laboratoriyalara olunan ekspers analiz üsullarının sayının artırılmasına böyük ehtiyac duyulmaqdadır. Fiziki və fiziki-kimyəvi analitik cihazların tətbiqi isə öz növbəsində çətin analitik işlərin avtomatlaşdırılması və mexanikləşdirilməsi üçün münbit imkanlar yaradır. Təbii ki, bütün bunlar eyni zamanda istiqamətlənmiş laboratoriya sisteminin yaranmasına, geokimyəvi parametrlərin riyazi işləmələrinin keçirilməsinə imkan verən və onların avtoımatlaşdırılmış bank hesablarının bazasında saxlanmasına perspektivlər açır.
N.Sadıqov onu da xüsusi qeyd etdi ki, analitiklər mineral-xammal barəsində kifayət qədər dəqiq məlumata sahib olmalı və geokimyəvi məsələnin həllini tam aydınlığı ilə başa düşməlidirlər. Bununla yanaşı tətbiqi geokimya sahəsində çalışan geoloqlar analitik üsullar sahəsində, laboratoriya xidmətinin tələblərindən və analiz olunan mineral maddə ilə əlaqədar digər məlumatlar barəsində lazımi professional biliyə malik olmalıdırlar.
Mərkəzin rəhbəri ilə söhbətdən o da məlum oldu ki, elmin effektliyini, rəqabətliyini artırmaq və onu real iqtisadiyyata yaxınlaşdırmaq bu günümüzün ən vacib problemlərindən biridir. Və təsadüfi deyil ki, institutda elmin istehsalatla əlaqəsinə xüsusi önəm verilməkdədir. Məhz bu səbəbdən də mineral xammalın xassələrinə, texnoloji prosesə və istehsal olunan məhsulun keyfiyyəti və surətini artırmaq məqsədilə bütün əsas analitik cihazlar və köməkçi avadanlıqlar bir mərkəzdə cəmləşdirilmişdir.

Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, belə mərkəzin yaradılması yeni analitik cihazlardan kollektiv istifadə, iqtisadi və elmi praktiki baxımdan sərfəlidir və öz müsbət təsirini analizlərin ətraflı və operativ aparılmasında göstərir. Bu məziyyətlərdən çıxış edərək institutda yaranmış sertifikatlı analitik mərkəzdə Almaniya, Rusiya və Yaponiyadan gətirilmiş cihazlardan istifadə edərək beş bölmə yaradılmışdır. Nümunələrin qəbulu və analizə hazırlanması Herzoq kompleksində Sevil Ağayeva, Rentgenspektral S8 TİGER cihazında Bahar Babayeva, İCPMS7700e mass spekrometr cihazında Samirə Qurbanova, AAS200 atom-absorbsiya cihazında Aygün Musayeva, Rentgendifraktometr cihazında Azər Əmirov və İlahə Həmzəyeva tərəfindən həyata keçirilir.
Mərkəzdə mineral xammalların, filizlərin, metal və ərintilərin, torpağın, dib çöküntülərinin, şüşənin, sementin, təbii və süni qiymətli bəzək daşlarının, tikinti sənayesində istifadə olunan, eyni zamanda istənilən qeyri-üzvi (bərk və maye) maddələrin, kimyəvi mineraloji tərkibləri analiz edilir. Beləliklə də Mendeleyev cədvəlində dördüncü berilium elementindən 92-ci uran daxil bütün elementlər, qazlar və təsirsiz qazlardan başqa, qeyd etdiyimiz analitik üsullardan istifadə etməklə dəqiq və qısa bir zamanda təyin olunur.
Rentgenspektral və Rentgenfaza analizinə nümunə hazırlığı Almaniyadan gətirilmiş xüsusi avtomatik “HERZOQ” kompleksində aparılır. Ərzaq mallarının yarımkeçirici materiallarının, tibbi pereparatların, bioloji maddələrin, kimyəvi təmiz birləşmələrin, ətraf mühit obyektlərinin, çətin parçalanan maddələrin dib çöküntülərinin tərkibində Hg, As, Cd, Se, B, P və sairə kimi elementlərin atom absorbsiya üsulu ilə təyini zamanı nümunələr 150-200 S temperaturda müxtəlif mineral turşu qalıqlarında parçalanmalıdır. Eyni zamanda göstərilən elementlərin miqdarının itirilməsinin qarşısını almaqdan ötrü onlar xüsusi analitik avtoklavlarda qısa zamanda və itkisiz analizə hazırlanır.

Analizlərin aparılması zamanı Beynəlxalq Standartlaşma Cəmiyyətinin, Rusiya Elmi Tədqiqat Mineral Xammal Ehtiyatlar İnstitutunun analitik üsullar üzrə elmi şurasının təsdiq etdiyi metodik göstəricilər və təlimatlardan, neft və neft məhsullarında metalların, fosfor və kükürd təyini zamanı isə ASTM-lərdən və ya sifarişçinin tələb etdiyi vasitələrdən istifadə olunur. Analizlərin nəticələrinin düzgünlüyü xüsusi dövlət standartları ilə yoxlanılır. Analitik mərkəz 2025-ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən aparılan qiymətləndirmədən uğurla keçmiş və akkreditasiya sertifikatını almışdır. Bundan başqa qeyd olunan analitik üsullardan istifadə etməklə mərkəzdə Ekoloji problemləri də həll etmək olur. Beləliklə də mineral xammalın, torpağın kimyəvi tərkibinin öyrənilməsi və paylanma qanuna uyğunluqlarının, bitkilər, canlılar üçün və zərərli komponentlərinə, mikroelementlərin, kənd təsərrüfatının və dağ-mədən sənayesi istehsalının tullantılarının kimyəvi və faza tərkiblərinin təyini, ətraf mühitin qorunması, metalların və onların birləşmələrinin anomal toplanmasının geokimyəvi paylanması öz həllini tapır.
Mərkəz müqavilə əsasında kənar təşkilatlar üçün də müxtəlif təyinatlı laborator işləri həyata keçirməkdədir. İş adamlarının tələblərinə uyğun olaraq mərkəzdə Azərbaycan Respublikası ərazisində yerləşən hər növ qeyri-filiz yataqları haqqında hər cür ixtisaslaşmış arayış və məsləhətlərin verilməsini təmin edən xüsusiləşmiş geoloji xidmət qrupu fəaliyyət göstərməkdədir. Geologiya və Geofizika İnstitutu geologiya elminin müxtəlif sahələrində genezis problemlərinin həlli istiqamətində izotop geokimyəvi üsullardan istifadə etmək üçün Azərbaycan Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “İsoPrime 100 elementar izotop nisbətləri kütlə spektrometri, vario PURO cube Element analizatoru və SHİMADZU GS-2030qaz xromotoqrafı” avadanlıqlarını əldə etmişdir. Bu avadanlıqlardan istifadə etmək məqsədilə “İzotopgeokimyəvi tədqiqatlar” laboratoruyası da yaradılmışdır.

“Azərbaycan neftləri” adlı pilot layihənin icrası çərçivəsində 2012-2013-cü illərdə ELM FONDU tərəfindən Geologiya və Geofizika İnstitutu üçün bir sıra analitik cihazlar satın alınmışdır. Neftin geokimyası laboratoriyası Perkin Elmer GC-MS Clarus 680, ICP-MS NexION 300D, STA 6000, FTIR Spectrometer Frontier, UV/VISLambda 35, Shimadzu Nexis GC-2030 kimi müasir avadanlıqlarla təchiz olunmuşdur. Bunun sayəsində 2013-cü ildə Geologiya və Geofizika İnstitutunda yaradılmış “Neftin geokimyası” laboratoriyasında neft və neft məhsullarının müasir səviyyədə tədqiqi mümkün olmuşdur. Laboratoriyada Naftalan müalicəvi neftinin müasir geokimyəvi metodlar vasitəsilə müasir cihazlarda mikroelement, fraksiya və karbohidrogen tərkibi təyin olunmuş, həmçinin nümunələrdə biomarkerlərin təyini analizi aparılmışdır. İlk dəfə olaraq Naftalan neftinin müalicə effektində triterpan, hopan və adamantan kimi biomarkerlərin iştirakı qeydə alınmışdır. Bundan əlavə laboratoriyada dünyanın müxtəlif yerlərindən əldə olunmuş müalicəvi xüsusiyyətlərə malik olan neftlərin müasir geokimyəvi tədqiqatları aparılmışdır.

Tahir ULUQAYA (Abdulov),
şair-publisist


Paylaş



Bölmə: İqtisadiyyat / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!