Tarix : 21-02-2026, 09:39
Avtobus sərnişini sürüdüHadisə fevralın 20-də, günorta saat 14-25 radələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən 3 saylı Bakı Asan Xidmət mərkəzi ilə Musabəyov heykəli arasındakı dayanacaqda baş verib. Beləki Aidə Seyfəddinli minmək istədiyi 10 saylı marşrut avtobusunun sürücüsü məsuliyyətsilik göstərərək sərnişinin çantası il sağ əli avtobusun içində, ayağı pilləkəndə avtobusa minmək istəyərkən qapını bağlayıb, avtobusu sürüb. Əli qapının arasında qalan Aidənin dəhşətli qışqırtısına əhəmiyyət vermədən yoluna davam etmək istərkən, xanım sol əli ilə avtobusun qapısını möhkəm döyəcləyib. Ondan sonra sürücü avtobusu dayandırıb. Əli qapı arasında sıxılmaqdan qıpqırmızı pörtərək əssə də özünü itirməyib sürücünün şəklini çəkib.
Biz də
“Butov.az” informasiya portalı olaraq həmin anların şahidi kimi sürücünün şəklini yayımlamaqla aidiyyatı qurumları belə məsuliyyətsizlərə sərnişin xidməti etibar etməməyə çağırırıq.
P.S. Əgər xanım özünü itirsəydi, avtobusun təkəri altında qalacaqdı...
Butov.az
Paylaş
Bölmə: Kriminal / Slayd / Xəbər lenti