Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı
Xidməti vəzifəsini yerinə yetirərkən hərəkətdə olan avtomobil tərəfindən vurularaq xəsarət alan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Elşən Tağıyev evə buraxılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, 21.02.2026-cı il tarixdə 07:10 radələrində Ələt-Astara magistralında baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd edilib ki, 1989-cu il təvəllüdlü şəxsə sağ yuxarı və aşağı ətrafların səthi travması diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Məlumata görə, vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, hadisə zamanı digər FHN əməkdaşı Hakim Piriyev hadisə yerində ölüb.