Qonşusunun evinə oğurluğa girən şəxs saxlanılıb - VİDEO
Bakıda qonşusunun evinin pəncərəsini balta ilə qıraraq oğurluq edən kirayənişin saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən evlərdən birinə daxil olan naməlum şəxs 11 min 500 manat pulu talayaraq ələ keçirib. Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş Vüqar Yunsurov saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb. Araşdırmalarla V. Yunsurovun oğurluq etdiyi evin pəncərəsini balta ilə sındıraraq içəri daxil olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!