20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 20-02-2026, 07:52
Abşeronda hesabat yığıncağı


Abşeronda hesabat yığıncağı

Abşeron rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Ramid Namazov, Rizvan Nəbiyev, Nigar Məmmədova, Zaur Şükürov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Habil Əzənmədov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, regional idarə rəisləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə Xırdalan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Ümummilli Liderin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən RİH başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası bu gün İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunmuş tarixi qələbə ölkəmizdə yeni reallıqlar və inkişaf imkanları yaradıb. Dövlət siyasətinin sosialyönümlü xəttinin gücləndirilməsində və humanitar təşəbbüslərin genişlənməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Qeyd olunub ki, 2025-ci ildə də Abşeron rayonunda mühüm uğurlar və nailiyyətlər, rayonun sosial-iqtisadi inkişafında irəliləyişlər əldə olunmuş və vətəndaşların rifahı təmin edilmişdir. Rayon üçün ötən ilin ən əlamətdar hadisələri isə Prezident İlham Əliyevin Abşeron rayonuna səfərləri olmuşdur. Dövlət başçısı tərəfindən Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-yə məxsus müasir dərman istehsalı müəssisəsinin, həmçinin Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilən “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışı həyata keçirilmişdir. Bu layihələr rayonun sənaye və enerji potensialının gücləndirilməsində mühüm rol oynayır.
Çıxışda, həmçinin Abşeron rayonu üçün xüsusi əhəmiyyət daşıyan kanalizasiya şəbəkəsinin qurulması məsələsinə dövlət səviyyəsində həssaslıqla yanaşıldığı vurğulanıb, su təchizatı və tullantı suları sistemlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, bu istiqamətdə görülən işlər rayon sakinlərinin sevincinə səbəb olduğu qeyd edilib.

Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair geniş hesabat məruzəsi ilə çıxış edib. Məruzədə hesabat dövründə rayon üzrə iqtisadi göstəricilər, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın təşviqi, investisiyaların cəlb olunması, yeni iş yerlərinin yaradılması və kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, dövlət proqramlarının icrası ilə bağlı görülən işlər diqqətə çatdırılıb. Sonda qarşıda duran vəzifələr müəyyənləşdirilərək rayonun sosial-iqtisadi inkişafının növbəti mərhələdə də ardıcıl şəkildə davam etdiriləcəyini vurğulayıb.
Daha sonra Bağlar Su İdarəsinin rəisi Telman Quliyev çıxış edərək rayon ərazisində icra olunan su təchizatı və kanalizasiya layihələri barədə ətraflı məlumat verib, həyata keçirilən işlərin mövcud vəziyyəti və qarşıda duran əsas vəzifələr barədə iştirakçıları məlumatlandırıb. Çıxışda infrastrukturun mərhələli şəkildə yenilənməsi istiqamətində tədbirlərin davam etdiriləcəyini qeyd edib.
Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxışında bildirib ki, Abşeron rayonunda həyata keçirilən sosial-iqtisadi layihələr dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq ardıcıl şəkildə icra olunur. Deputat görülən işlərin rayonun ümumi inkişafına və sakinlərin rifahının yüksəldilməsinə mühüm töhfə verdiyini qeyd edərək, qarşıda duran vəzifələrin uğurla yerinə yetiriləcəyinə inamını ifadə edib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Habil Əzənmədov çıxış edərək bildirib ki, ötən il Abşeron rayonu üçün uğurlu il olub. O, əhalinin sosial rifahının yaxşılaşdırılması, yol və digər infrastruktur layihələrinin icrası, eyni zamanda bölgədə davamlı sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib və əlavə edib ki, bu layihələr rayonun gələcək inkişaf perspektivlərini daha da möhkəmləndirir.

Sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək rayon ərazisində görülən işlərdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.
Daha sonra tədbir iştirakçıları adından Azərbaycan Respublikasıın Prezidentinə müraciəti “Rəşadət” ordeni ilə təltif olunmuş şəhid mayor Elşad Həsənovun qızı, Xəzər Universitetinin tələbəsi, rayonun fəal gənci Aysun Həsənli səsləndirib, şəhid ailələrinə göstərilən dövlət qayğısına görə təşəkkürünü ifadə edib.

Sonda rayonun ictimai-sosial həyatında fəallığı ilə seçilən bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub.



Paylaş



Bölmə: İqtisadiyyat / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!