Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 15-03-2021, 12:10
Abşeronda keçirilən aksiyaya türkiyəli qonaqlar da qoşulub
Abşeron rayonunda kitab toplama aksiyası keçirilir. Bu münasibətlə Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elçin Quliyev, Sumqayıt Mədəniyyət Regional İdarənin rayon üzrə nümayəndəsi, Əməkdar mədəniyyət işçisi İlham Manafov, Türkiyənin Təhsil müşaviri Nihat Böyükbaş, türkiyəli diplomat Hüseyn Altınalan, Bakı Anadolu Türk Liseyinin direktoru Nurullah Yazıcı və digərlərinin iştirakı ilə görüş keçirilib. Aksiya Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kitab fondlarının bərpası məqsədilə təşkil olunub.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlar əvvəlcə Xırdalan Şəhidlər Xiyabanını və Abşeronda yerləşən Türk şəhidlərinin məzarlığını ziyarət edib, şəhid məzarları üzərinə tər güllər qoyublar.

Sonra Xırdalan şəhərində Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.

Daha sonra Abşeronda Yanardağ abidəsi, Abşeron Tarixi-Diyarşünaslıq Muzeyi ziyarət edilib, nümayiş olunan eksponatlar, tarixi məkanlar haqqında məlumat verilib.

Qonaqlar, həmçinin Abşeron rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova ilə görüşüb və Abşeron ərazisində keçirilən kitab toplama aksiyasına öz ölkələri adından kitablar hədiyyə ediblər.



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!