Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 23-09-2019, 12:04
STP Panel məhsul çeşidini artırır

Sumqayıt Texnologiyalar Parkının alt brendi olan STP panel uğurla H60 sendviç panelini istehsal etməyə başlayıb. Yeni məhsul artıq bir sıra layihələrdə müvəffəqiyyətlə istifadə olunub. STP panel brendi bundan öncə H50, H70 və H100 növlərində divar və dam sendviç panelləri istehsal edirdi.
Texnopark yaxın gələcəkdə sendviç panel məhsulları sırasına H80 və H40 məhsullarını da əlavə etməyi planlayır. Yeni çeşid sendviç panel məhsulları inşaat həyata keçirdən şirkətlərə konstruksiyaların quraşdırılması üçün məhsul seçimində daha geniş manevr imkanı verəcək. Belə ki, onlar tələb və keyfiyyət deyişmədən daha ucuz və ya, büdcədə böyük artım olmadan nisbətən qalın və daha dözümlü məhsul əldə edə biləcəklər.
STP panel brendi altında sendviç panellərlə yanaşı alüminium kompozit panel (Alkopan), metal profilli dam örtükləri (Profnastil), metal-kirəmit (Çerepitsa) kimi məhsullar da istehsal olunur. Qeyd edək ki, STP panel məhsullarını poliuretan tərkiblə yanaşı Azərbaycanda yalnız STP-də istehsal olunan daş yun tərkibdə əldə etmək mümkündür.
Sendviç panellər çox yüksək keyfiyyəti, əla istilik izolyasiyası, asan quraşdırılma və sökülmə qabiliyyəti, uzunömürlülüyü, yanğına və suya yüksək davamlılığı, səs izolyasiyası, korroziyaya davamlılıq kimi xüsusiyyətləri ilə seçilir. Demək olar ki, bütün iqlim zonalarında xarici divarlar və arakəsmə divarlar, həmçinin dam örtüyü üçün istifadə olunur. Ümumiyyətlə qeyd etmək lazımdır ki, “STP panel”-in məhsulları öz rəqiblərindən nəzərə çarpacaq dərəcədə seçilir. 5 qabırğalı quruluşa malik olduğu üçün 600 kiloqrama qədər ağırlığa tab gətirir. Dözümlü metal lövhələrdən istifadə edildiyi üçün tikinti zamanı istifadə edilən metal konstruksiyada qənaətə səbəb olur.
Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün geniş çeşiddə məhsullar istehsal edir. Kabel, Polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.
STP Panel məhsul çeşidini artırır


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!