Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 1-03-2019, 16:43
Əflatun Amaşov:Soydaş haqqında qanunun qəbuluna ehtiyac var.

Bu gün Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun üzvləri ilə Gürcüstandan olan bir qrup soydaşımızın görüşü keçirilib. Görüşün təşkilinə həssas yanaşdığına görə Milli Məclisin sədri cənab Oqtay Əsədova təşəkkürümü bildirirəm.

Gürcüstanlı soydaşlarımızın Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri olaraq mənə ünvanladıqları müraciət əsasında təşkil olunmuş toplantıda soydaşlarımızın üzləşdikləri problemlər müzakirə olunub. Bu xüsusda əsasən miqrasiya məsələlərinə toxunulub. Bildirilib ki, Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycanla sıx təmaslara malikdirlər. Onların ölkəmizin müxtəlif bölgələrində, eləcə də paytaxt Bakıda çoxsaylı qohum-əqrəbaları yaşayır və buna görə də onlar daim ölkəmizə səfərlər edirlər. Bəziləri isə ötən əsrin 90-cı illərindən bu yana Azərbaycanda yaşasalar da, onlarla əlaqədar heç bir sənədləşmə işləri aparılmayıb. Bütün bu məsələlər isə Azərbaycanın miqrasiya qanunvericiliyi ilə tənzimlənməlidir.
Görüşdə müzakirə edilən məsələyə kompleks yanaşılmasının zəruriliyi önə çəkildi. Qonaqlar bildirdilər ki, Azərbaycan hansı ölkənin vətəndaşlığını daşımasından asılı olmayaraq dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vətənidir. Onların ölkəmizə gediş-gəlişi və ölkəmizdə qalma müddətləri ilə bağlı məsələlər xarici ölkələrin digər vətəndaşları ilə eyni şərtlər altında olmamalıdır. Buna görə də soydaş haqqında qanunun qəbuluna ehtiyac var.
Qarşılıqlı müzakirə şəraitində keçmiş görüşdə həmçinin soydaşlarımızı maraqlandıran digər məsələlər, o cümlədən təhsil məsələləri də müzakirə olundu.


Paylaş



Bölmə: Borçalı / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!