Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 17-12-2018, 07:09
Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli tədbir keçirilib

Ukraynanın paytaxtı Kiyev şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli tədbir keçirilib.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev şəhər təşkilatının sədri, Azərbaycanın sərbəst güləş üzrə Əməkdar idman ustası, Əməkdar məşqçisi Oleq Krapivin tərəfindən təşkil olunan tədbirdə ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları, diaspor rəhbərləri, Ukraynanın tanınmış ictimai-siyasi xadimləri və soydaşlarımız iştirak ediblər.
Tədbir Azərbaycan və Ukraynanın dövlət himnləri ilə başlayıb. Sonra çıxış edən O.Krapivin bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün banisi ümummilli lider Heydər Əliyev olub. O qeyd edib ki, bu bayram Azərbaycanın digər bayramlarının içərisində öz layiqli yerini tutub və bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən geniş şəkildə qeyd edilir.
Dünyada yaşayan soydaşlarımıza dövlət qayğısından danışan Azərbaycanın Ukraynadakı səfirliyin müşaviri Elman Bağırov bildirib ki, bu bayramın memarı ulu öndər Heydər Əliyevin 1991-ci ildə Naxçıvanda işlədiyi vaxtlar uzaqgörənliklə çıxardığı qərar öz nəticəsini verməkdədir. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev bu gün dünya azərbaycanlılarının güclənməsi üçün öz əməyini, biliyini əsirgəmir. Daha sonra E.Bağırov göstərdikləri xidmətə görə, O.Krapivin, onun birinci müavini Seyidəli Qadmaliyev və müavini Firudin Həşimovu səfirliyin fəxri diplomu ilə təltif edib.
Tədbirdə Ukraynanın ictimai-siyasi xadimləri, Azərbaycanın diaspor rəhbərləri öz səmimi təbriklərini bölüşüblər.
Bayram tədbiri sənətçilərin çıxışı ilə davam etdirilib.
Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli tədbir keçirilib


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!