Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 13-12-2018, 09:17
Mədəniyyət naziri Ceyhun Hacıbəylinin ailə üzvləri ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev dekabrın 7-də görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan ailə üzvləri – gəlini Paskal Hacıbəyli-Buşe və nəvəsi Benjamin Hacıbəyli ilə görüşüb.
Görüş zamanı nazir dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətində xüsusi yeri olduğunu deyib və onun adı ilə bağlı keçirilən beynəlxalq festival, konfrans və həyata keçirilən işlərlə bağlı qonaqları məlumatlandırıb.
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin silsilə tədbirlərlə qeyd edildiyini, 2018-ci ilin ölkəmizdə “Cümhuriyyət ili” elan olunduğunu diqqətə çatdıran nazir görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Cümhuriyyət tarixində xidmətlərini xüsusi vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə Azərbaycan Dövlət Musiqili Teatrında “Nuri-didə Ceyhun” tamaşası səhnəyə qoyulub. Ceyhun Hacıbəyli obrazının ilk dəfə canlandırıldığı bu səhnə əsəri onun məşəqqətli mühacirət həyatından və Cümhuriyyətimizin keçdiyi çətin, lakin şərəfli tarixi yoldan bəhs edir.
Paskal Hacıbəyli-Buşe qəbula görə Əbülfəs Qarayevə təşəkkürünü bildirib və görüşdən böyük məmnunluğunu ifadə edib.

* * *

Paskal Hacıbəyli-Buşe və Benjamin Hacıbəyli ölkəmizə səfər zamanı tarixi-mədəni məkanları da ziyarət ediblər. Onlar Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası ilə maraqla tanış olublar. Daha sonra Hacıbəylilər Qobustan Milli Tarix-Bədii Qoruğuna gediblər. Qoruqla tanışlıq zamanı diqqətə çatdırılıb ki, Qobustan qayaüstü rəsmləri 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Paskal Hacıbəyli-Buşe və Benjamin Hacıbəyli həmçinin İçərişəhəri ziyarət edib, Üzeyir Hacıbəylinin ev-muzeyinə baş çəkib, dahi bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının, eləcə də ADA Universitetinin qonağı olublar.
Mədəniyyət naziri Ceyhun Hacıbəylinin ailə üzvləri ilə görüşüb
Mədəniyyət naziri Ceyhun Hacıbəylinin ailə üzvləri ilə görüşüb


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!