Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 16-01-2019, 08:12
Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib

Azərbaycanda qadınlara seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində ölkəmizin Fransadakı səfirliyi və Azərbaycan-Fransa Dialoqu Assosiasiyası (ADFA) tərəfindən Lion şəhərində muğam axşamı təşkil edilib.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə səfirliyin müşaviri Vaqif Ağayev çıxış edərək müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən (AXC), ötən il onun 100 illiyinin bütün dünyada təntənə ilə qeyd edilməsindən danışıb. Bildirib ki, hələ 100 il əvvəl AXC bir sıra Avropa ölkələrindən çox əvvəl qadınlara seçmək və seçilmək hüququ verib.
Muğam şifahi ənənələrə əsaslanan klassik musiqi nümunəsi olduğunu deyən müşavir bildirib ki, bu janr xalqımızın mədəni ənənələrində və tarixində dərin köklərə malikdir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyətimizin, musiqimizin, xüsusilə də muğamın beynəlxalq səviyyədə təşviqinə, muğam ifaçılığının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinə verdiyi töhfələri diqqətə çatdırılıb. Vurğulanıb ki, Heydər Əliyev Fondu mədəni irsin qorunub saxlanması istiqamətində beynəlxalq səviyyədə mühüm layihələr həyata keçirib.
Mədəniyyətimizin təşviqinə dövlət qayğısından danışan V. Ağayev Prezident İlham Əliyevin 2019-cu ili ölkəmizdə “Nəsimi İli” elan etdiyini də diqqətə çatdırıb.
Azərbaycan-Fransa Dialoqu Assosiasiyasının prezidenti Günel Səfərova konsertin Azərbaycan qadınlarına səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr edildiyini söyləyib. Muğam və onun dəsgahları haqqında məlumat verən G.Səfərova improvizasiyalardan ibarət olan bu musiqinin çox mürəkkəb olduğunu, ifaçıdan son dərəcə yüksək yaradıcılıq tələb etdiyini bildirib.
Sonra Əməkdar artistlər Elşən Mansurov (kamança) və Ələkbər Ələkbərovun (tar) müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva muğamlarımızı ifa edib. “Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılanıb.
“İRS” jurnalının Azərbaycan xalq Cümhuriyyətinə həsr olunmuş və fransız dilində nəşr edilmiş xüsusi nömrəsi tədbir iştirakçılarına paylanılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!