Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 13-02-2019, 14:48
YAP-da QHT nümayəndələri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) qərərgahında qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüş keçirilib.
Butov.az-ın "Report"a istinadən xəbərinə görə, tədbirdə YAP-ın sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsini sədri Bahar Muradova, YAP icra katibinin müavinləri - Siyavuş Novruzov və Mübariz Qurbanlı, Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və QHT təmsilçiləri iştirak ediblər.
Tədbirdə sosial mediada təhqirlərin və digər bu kimi xoşagələz halların qarşısının alınması yollarının tapılması istiqamətində müzakirələr aparılıb.
Çıxış edən Əli Əhmədov deyib ki, sosial şəbəkələrdəki təhqirlərin qarşısı alınmalıdır.
Bahar Muradova bildirib ki, bu gün dünyanın yaratdığı texnoloji yenilik dünya üçün ciddi problemə çevrilib. O qeyd edib ki, internet üzərindən təhqirlər, mənəvi terror cəmiyyət üçün ciddi problem yaradır.
B.Muradova vurğulayıb ki, Azərbaycanda bu problemlərin qarşısını almaq üçün qanunvericilik əsaslarında imkanlar var və qanunvericilik bazası bütün beynəlxalq təşkilatların standartlarına uyğundur: “Lakin, əfsuslar olsun ki, qanun çərçivəsindən çıxma geniş miqyas alıb. Bütün dünyada belədir. Bu, çox ciddi məsələdir. Qanunlar internetdə baş verən bu eybəcərliklərin qarşısını almaqda acizdir. Biz qanunlara hər hansı məhdudlaşdırıcı maddələr əlavə etmək niyyətində deyilik. İnsani kriteriyaları nəzərə alıb bu problemlə mübarizə aparmalıyıq”.
Azay Quliyev çıxışında deyib ki, sosial şəbəkələr vasitəsilə milli mənəvi dəyərlərimizə, xüsusiyyətlərimizə mənəvi terror edilir: “Sosial şəbəkələrdə dövlət, hakimiyyət orqanlarını gözdən salmağa çalışırlar. Bunu düşünülmüş siyasi məqsədlərlə edirlər. Sosial şəbəkələrdə söyüş adi hala çevrilib. Biz milli mənəvi dəyərlərimizin qiymətdən düşməsinə imkan verməməliyik, bu mənəvi terrora sözsüz qalmamalıyıq. Müzakirələr aparmalıyıq və elə bir yol tapmalıyıq ki, insanlar söyüşə məruz qalmasın”.

Digər çıxışçılar da sosial şəbəkənin gətirdiyi mənfi təzahürlərdən danışıblar və bu istiqamətdə maarifləndirmə işinin gücləndiriməsinin vacibliyini vurğulayıblar.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!