Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 5-06-2018, 16:42
AZINNEX "Ümid yeri" uşaq evində Multimedia Mərkəzi açıb
AZINNEX "Ümid yeri" uşaq evində Multimedia Mərkəzi açıb

2 iyun 2018-ci il tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təsis etdiyi Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) üzvləri sosial məsuliyyət proqramı çərçivəsində Binə qəsəbəsində yerləşən "Ümid yeri" uşaq evində valideyn qayğısından məhrum olmuş uşaqlarla görüş keçirib.
AZINNEX "Ümid yeri" uşaq evində Multimedia Mərkəzi açıb

Göruş zamanı uşaqlar üçün informasiya texnologiyaları üzrə baza biliklərinin yaradılması, texnologiyaların əhəmiyyəti haqqında təsəvvürün formalaşdırılması, təhsil proseslərinin müasir standartlara uyğunlaşdırılması məqsədilə AZINNEX tərəfindən təşkil olunmuş Multimedia Mərkəzinin açılışı olub. Mərkəz ümumi sahə kimi istifadə olunan müasir avadanlıq və mebellərlə, həmçinin dərslərin elektron formatda keçirilməsi üçün böyük ekran, kompyuter və printerlə təchiz olunub.
Dövlət Agentliyinin nümayəndəsi Şəbnəm Məmmədova çıxış edərək bu təşəbbüsün əhəmiyyətindən, eləcə də Dövlət Agentliyinin bu cür tədbirlərə dəstəyindən söz açıb. Bildirilib ki, mərkəzdə mütəmadi olaraq ilkin peşə biliklərinin formalaşdırılması üçün təlimlər keçiriləcəkdir.
AZINNEX "Ümid yeri" uşaq evində Multimedia Mərkəzi açıb

Görüşdə iştirak edən AZINNEX-in Müşahidə Şurasının üzvləri Məhəmməd Zülfüqarlı və Cabir Cümşüdov uşaqlar üçün informasiya texnologiyalarının əhəmiyyəti, müasir trendlər, bu istiqamətdə gələcək peşə seçimləri barədə məlumat veriblər. Daha sonra uşaqların çoxsaylı sualları cavablandırılıb.
AZINNEX "Ümid yeri" uşaq evində Multimedia Mərkəzi açıb

Tədbir zamanı, həmçinin Step IT Academy tərəfindən uşaqların maraqla qarşıladığı robotics üzrə təlim keçirilib. Təlimdə aktiv iştirak edən 4 uşaq üzv şirkətlərin dəstəyi ilə Akademiyanın yay düşərgəsində iştirak edəcəkdir.
AZINNEX "Ümid yeri" uşaq evində Multimedia Mərkəzi açıb

Görüşdə AZINNEX nümayəndələri tərəfindən uşaqlara bayram hədiyyələri paylanılıb.
Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!