Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 3-05-2014, 22:13

  

 

 Ukraynanın Dnepropetrovsk vilayətindən  Bakı şəhərinə  yeni təyyarə reysi açılır.


May ayının 17-də  Dnepropetrovsk vilayətindən Bakı Şəhərinə yeni təyyarə reysi açılacaq. Dnepropetrovsk vilayətində yaşayan soydaşlarımızın çoxsaylı müraciətinə əsasən açılan  Dnepropetrovsk –Bakı, Bakı-Dnepropetrovsk təyyarə reysini Dniproavia kompaniyası həyata keçirəcək. Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk Vilayət təşkilatının sədri Qüdrət Hacıyevin verdiyi məlumata görə  yay mövsümündə belə bir təyyarə reysinin açılması vilayətdə yaşayan 30 mindən çox Azərbaycanlının, xüsusən də Şərqi Ukraynada təhsil alan  minlərlə azərbaycanlı tələbələrin vətənə gediş –gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacaq. Onun sözlərinə görə Dnepropetrovsk-Bakı təyyarə reysi həmçinin Xarkov, Zaporojye , Donetsk, Poltava vilayətlərində yaşayan minlərlə soydaşlarımıza da xidmət edəcək. Şərqi Ukraynada yaşayan soydaşlarımız  Vətənə getmək üçün hökmən 600-700 km məsafə qət etməklə məcburən Kiyev -Bakı təyyarə reysindən istifadə edirdilər. Dniproavia şirkətindən verilən məlumata görə  Dnepropetrovsk –Bakı təyyarə reysi ilkin olaraq  uçuşlarını may ayının 17-dən başlayaraq  hər həftənin şənbə günü yerli vaxtla səhər saat 10-15-də Dnepropetrovsk şəhərindən,15-45-də isə Bakıdan həyata keçirəcək. Biletlərin qiyməti də  sərnişinlərin istəyinə uyğundur. Beləki, Kiyevdən Bakiya ikitərəfli uçuşun qiyməti 6 min qrinva(550 $) olduğu təqdirdə Dnepropetrovsk-Baki, Baki -Dnepropetrovsk  reysinin qiyməti 4 min qrivna(350$) təşkil edəcək. ”Dniproavia” kompaniyası əlavə olaraq 12 yaşından  24 yaşına, o cümlədən 60 yaşından yuxarı olan sərnişinlərə 25 faiz güzəştli biletlət satacaq.

 Kompaniya sərnişinlərin tələbinə uyğun olaraq  iyun ayından etibarən reysin sayını həftədə 2 dəfəyə qaldırmağı da nəzərdə tutub. Gələcəkdə Xarkov-Bakı təyyarə reysinin açılması da "Dniproavia" kompaniyasının planına daxildir. Yeni təyyarə reysinə bilet almaq istəyən  sərnişinlər dniproavia.com saytına və istənilən avio bilet satışı agentliklərinə müraciət edə bilərlər.

 Butov.az 



Paylaş



Bölmə: Xəbər / Şəkilçarx / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!