Ukraynanın Dnepropetrovsk vilayətindən Bakı şəhərinə yeni təyyarə reysi açılır.
May ayının 17-də Dnepropetrovsk vilayətindən Bakı Şəhərinə yeni təyyarə reysi açılacaq. Dnepropetrovsk vilayətində yaşayan soydaşlarımızın çoxsaylı müraciətinə əsasən açılan Dnepropetrovsk –Bakı, Bakı-Dnepropetrovsk təyyarə reysini “Dniproavia” kompaniyası həyata keçirəcək. Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk Vilayət təşkilatının sədri Qüdrət Hacıyevin verdiyi məlumata görə yay mövsümündə belə bir təyyarə reysinin açılması vilayətdə yaşayan 30 mindən çox Azərbaycanlının, xüsusən də Şərqi Ukraynada təhsil alan minlərlə azərbaycanlı tələbələrin vətənə gediş –gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacaq. Onun sözlərinə görə Dnepropetrovsk-Bakı təyyarə reysi həmçinin Xarkov, Zaporojye , Donetsk, Poltava vilayətlərində yaşayan minlərlə soydaşlarımıza da xidmət edəcək. Şərqi Ukraynada yaşayan soydaşlarımız Vətənə getmək üçün hökmən 600-700 km məsafə qət etməklə məcburən Kiyev -Bakı təyyarə reysindən istifadə edirdilər. ”Dniproavia” şirkətindən verilən məlumata görə Dnepropetrovsk –Bakı təyyarə reysi ilkin olaraq uçuşlarını may ayının 17-dən başlayaraq hər həftənin şənbə günü yerli vaxtla səhər saat 10-15-də Dnepropetrovsk şəhərindən,15-45-də isə Bakıdan həyata keçirəcək. Biletlərin qiyməti də sərnişinlərin istəyinə uyğundur. Beləki, Kiyevdən Bakiya ikitərəfli uçuşun qiyməti 6 min qrinva(550 $) olduğu təqdirdə Dnepropetrovsk-Baki, Baki -Dnepropetrovsk reysinin qiyməti 4 min qrivna(350$) təşkil edəcək. ”Dniproavia” kompaniyası əlavə olaraq 12 yaşından 24 yaşına, o cümlədən 60 yaşından yuxarı olan sərnişinlərə 25 faiz güzəştli biletlət satacaq.
Kompaniya sərnişinlərin tələbinə uyğun olaraq iyun ayından etibarən reysin sayını həftədə 2 dəfəyə qaldırmağı da nəzərdə tutub. Gələcəkdə Xarkov-Bakı təyyarə reysinin açılması da "Dniproavia" kompaniyasının planına daxildir. Yeni təyyarə reysinə bilet almaq istəyən sərnişinlər dniproavia.com saytına və istənilən avio bilet satışı agentliklərinə müraciət edə bilərlər.
Butov.az