Tarix : 27-11-2013, 11:37
 
  
           “Bir mən vardı məndə məndən içəri.” Yunis İmrənin bu kəlamı sanki Natəvan Dəmirçioğlunun daxili dünyasının güzgüsüdür. O güzgüdə bir az qəmli, bir az cəsur, bir az narahat, bir az da kövrək Natəvanın əksi boylanır dünyamıza. Gözünü dünyaya açandan arzularını qanada çevirib elə hey uçmağa çalışdı. Bəzən fikirlərinin  ağırlığı onu darta bilmədi. Bəzən isə heç gözlənilməyən  ənginliklərə uçurdu. Bu qələmli dünyada nə yaratdı, nə gördü bilirik. Bir də gözünü açanda baxıb anladı ki, artıq yarıməsrlik bir zirvədədi. Günahlı, günahsız bu dünyada bir onu bilir ki, həyatını vicdanla yaşadı. Yazanda vicdanını unutmadı. Hər bir işində Allaha sığındı. Bu günü ona nəsib eləyən də Odur! Aləmlərin Xaliqi! Ona qələm verən, onu sayılıb-seçilənlərdən edən də!
                                                                       Rafiq Rəhimli 
                                      Azərbaycan Respublikasının 
                                              Fəxri Mədəniyyət İşçisi
 
 Paylaş
  Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti