Gəncədə təcili yardım avtomobili qəzaya düşdüGəncədə qəza olub.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı təcili yardım avtomobili ilə minik maşını toqquşub. Xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.