Füzulidə yanğın - Tüstüdən zəhərlənən var .....                        Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazandı .....                        “Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək? .....                        Xınalığa dolu düşüb - VİDEO .....                        Azərbaycanda baş direktor və müavini cinayət başında saxlanıldı .....                        Prezident BMT Baş katibinin köməkçisini qəbul etdi .....                        Şoyqu müharibə ilə bağlı yeni göstəriş verdi .....                        İlham Əliyev İraq parlamentinin sədrini qəbul edib .....                        Gələn ay ardıcıl 5 gün iş olmayacaq .....                       
Tarix : 10-11-2017, 14:02
Qurbanovlu millimiz


Futbol azarkeşləri bilir ki, bir neçə gün əvvəl milli komandamızda yeni təyinat oldu. Nəhayət ki, uzun müddətdən bəri gözlədiyimiz qərar gerçəkləşdi. Təcrübəli mütəxəssis, Avroliqanın qrup mərhələsinə düşərək tarix yazan və Avropanın ən güclüləri ilə uğurla mübarizə aparan "Qarabağ" klubunun məşqçisi Qurban Qurbanov yığmamızın sükanı arxasına keçdi. Şübhəsiz ki, bu, çox sevindiricidir. İlk növbədə ona görə ki, Berti Foksdan, Robert Prosineçkidən fərqli olaraq Qurbanov Azərbaycan oğludur, həmvətənlimizdir. Digərlərində olmayan milli təəssübkeşlik hissi onda var. Təsadüfi deyil ki, yeni qərarla bağlı AFFA-nın İcraiyyə Komitəsinin keçirdiyi iclasda Qurban müəllim dedi ki, mən federasiyanın, federasiya da mənim qarşımda heç bir şərt qoymur. Bir-birimizi illərdir ki, tanıyırıq. Bir-birimizə inanaraq bu yola çıxdıq və çalışacağıq ki, futbolumuzun inkişafı üçün əlimizdən gələn hər şeyi edək.

İkinci bir tərəfdən onun parlaq futbol karyerası çoxlarımıza məlumdur. 2006-cı ildən məşqçiliyə başlayan Qurban Qurbanov bir müddət "Neftçi"nin, sonradan isə "Qarabağ"ın çalışdırıcısı olub. Həmin tarixdən əvvəl isə o, hücumçu mövqeyində müxtəlif klubların şərəfini qoruyub və bacarıqlı bombardirlərdən biri olaraq futbol tariximizə düşüb. Bəlkə də, ən əsası xüsusilə futbolçuları, idman jurnalistləri onun soyuqqanlılığına, təmkininə yaxşı bələddirlər. Çünki o, əsl mütəxəssisdir və çoxdan özü üçün aydınlaşdırıb ki, qələbəyə gedən yolda əsas amil soyuqqanlılıq, həmçinin səhvlərdən məqsədyönlü dərs çıxarmaqdır.
Bayaq qeyd etdiyim icraiyyə komitəsinin iclasında AFFA-nın prezidenti Rövnəq Abdullayev vurğulayıb ki, milli komandamızın əsas heyəti də elə "Qarabağ"ın futbolçularından ibarət olacaq. Əlbəttə, bu da elə-belə deyilməyib. Hamı, o cümlədən də Rövnəq müəllim görür ki, son illər Ağdam təmsilçilərimiz müsbət mənada fərqlənməyi bacarırlar. Çoxları elə düşünür ki, bu klub itirilmiş torpaqlarımızın adını daşıdığına görə ona hansısa əlavə köməkliklər olunur. Buna heyflənmərik. Amma gəlin obyektiv düşünək, çəkilən zəhmətləri görməmək olmaz. Sadəcə Qurban müəllim də, futbolçularımız da öz işlərini kifayət qədər yaxşı bilirlər. Məhz buna görə də Qurbanov millimizin baş məşqçisi seçilib və baza komanda olaraq "ağ-qara"ların oyunçuları müəyyənləşib. Onlara müvəffəqiyyətlər arzulayıram. İnanıram ki, yaxın gələcəkdə çox böyük uğurların şahidi olacağıq. "Qarabağ"ın yazdığı tarixləri indi həm də bütöv Azərbaycan yazacaq ki, bu da şərəfli və qürurvericidir.

Kənan Novruzov
Butov.az


Paylaş



Bölmə: Tələbə sözü / İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!