Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 14-12-2018, 15:34
UNEC yeni əməkdaşlığa başlayır

UNEC və Bakı Fond Birjası (BFB) arasında təhsil, elm və təlim-tədris sahəsində birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimində UNEC-in rektoru, professor Ədalət Muradov, BFB-nın İdarə heyətinin sədri Vüqar Namazov, universitetin professor-müəllim və tələbə heyəti, eləcə də fondun nümayəndələri iştirak edib.
Memorandumun məqsədi tələbələrin kapital bazarları barədə biliklərinin artırılması və maarifləndirilməsi, sahiblik düşüncə tərzinin formalaşdırılması, qiymətli kağızlar bazarının inkişafına dair birgə elmi tədqiqatların aparılması, BFB-nin “Listinq Məsləhət Proqramı” çərçivəsində investisiya vasitələrinin idarə olunması prinsiplərinin aşılanması imkanlarının dəyərləndirilməsi, şirkətlərin qiymətli kağızlar bazarına çıxış üçün hazırlanması, onlara təlim və məsləhət xidmətləri göstərilməsi, qiymətli kağızlar bazarına dair biliklərin tədrisinə dəstək verilməsi və yüksək ixtisaslı kadrların hazırlanmasında birgə əməkdaşlıq etməkdir.
UNEC-in rektoru, professor Ədalət Muradov tədbirdə tələbələrin praktiki vərdiş və biliklərə sahib olmasında real sektorla əməkdaşlıqların əhəmiyyətli rolu olduğunu bildirib. Bakı Fond Birjası ilə təcrübə və informasiya mübadiləsi, faydalı tədqiqatların həyata keçirilməsi peşəkar mütəxəssislərin yetişdirilməsinə zəmin yaradacağını diqqətə çatdırıb.
Bakı Fond Birjasının İdarə heyətinin sədri Vüqar Namazov UNEC ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını vurğulayıb. V.Namazov elmi və praktiki institutların sinerjisinin Azərbaycanda sahiblik düşüncə tərzinin formalaşdırılması, yüksək ixtisaslı kadrların yetişdirilməsində xüsusi əhəmiyyətini vurğulayıb. Həmçinin bildirilib ki, Listinq Proqramına cəlb edilmiş şirkətlərə fundamental biliklərin çatdırılmasında UNEC-in mühüm rol alacağı qeyd edilib.
Görüşdə bildirilib ki, memorandum çərçivəsində tərəflərin təhsil, elm, təlim-tədris və bu istiqamətdə inkişafyönümlü əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə müxtəlif sahələrdə müştərək proqramların hazırlanması, informasiya mübadiləsi və müvafiq layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək. Əməkdaşlıq çərçivəsində professor-müəllim heyətinin və tələbələrin kapital bazarları sahəsində təcrübə mübadiləsi, tələbələrarası simulasiya yarışların təşkili, kapital bazarlarında mövcud problemlərin həll edilməsi məqsədilə birgə akademik müzakirələrin keçirilməsi, şirkətlərə birja fəaliyyəti və qiymətli kağızlarla bağlı mövzular üzrə tövsiyələrin verilməsi həyata keçiriləcək. Bundan əlavə, Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına qoşulan şirkətlərin ehtiyaclarına uyğun olaraq, UNEC və BFB-nin ixtisaslaşmış ekspertləri tərəfindən təlimlərin keçirilməsi və konfrasların təşkili də nəzərdə tutulub.
UNEC-in professor-müəllim heyəti və magistrlərinin maliyyə bazarları üzrə elmi-tədqiqat araşdırmalarına kömək məqsədilə qiymətli kağızlar bazarı haqqında məlumatların əldə olunmasında BFB tərəfindən müvafiq dəstək göstəriləcək.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!