Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 17-02-2017, 10:28
Azərbaycanın qiymətli kağızlar bazarı 33% artıb

Azərbaycanın qiymətli kağızlar bazarı 2016-cı il ərzində artım nümayiş etdirib, pozitiv kəmiyyət göstəriciləri ilə yanaşı önəmli keyfiyyət dəyişiklikləri qeydə alınıb.
Butov.az “Report” -a istinadən xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasında deyilir.
Məlumatda bildirilib ki, ötən il qiymətli kağızlar bazarı 2015-ci il ilə müqayisədə 33% artaraq 14,026 mlrd. manat təşkil edib. Qiymətli kağızların ilkin bazarı 4,5 dəfə artaraq 8,669 mlrd. manata çatıb. Ümumilikdə, korporativ qiymətli kağızlar bazarı 2 dəfədən, dövlət qiymətli kağızlar bazarı isə 40 dəfədən çox artıb.
Hesabat ilində real sektor təmsilçiləri və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların həcminin 39% artaraq 913 mln. manat təşkil etməsinə səbəb olub. Xüsusilə banklar tərəfindən kapital tələblərinin təmin edilməsi məqsədilə nizamnamə kapitallarının artırılması səhm bazarının artımını şərtləndirən mühüm amil olub.
Ümumilikdə, səhmlərin ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 2 dəfədən çox artaraq 563 mln. manata çatıb. Hesabat dövründə korporativ istiqrazlarla bağlanmış əqdlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 7,833 mlrd. manat olub. Dövlət əhəmiyyətli layihələrin qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşməsi korporativ istiqrazlar bazarının yüksək artım dinamikasını təmin edib, nəticədə manatla yerləşdirilmiş korporativ istiqrazların həcmi 4,6 dəfə artaraq 7,5 mlrd. manata çatıb.
Bu dövr ərzində xarici valyutada ticarət olunan korporativ istiqrazlar bazarının həm ilkin, həm də təkrar bazarında artım müşahidə edilib. Belə ki, xarici valyutada yerləşdirilmiş korporativ istiqrazların həcmi 13 dəfə artaraq 182 mln. manata çatıb, təkrar bazarda keçirilmiş əməliyyatların həcmi isə 4,1 dəfə artaraq 75,6 mln. manatı ötüb.
Keçən il ərzində Maliyyə Nazirliyi tərəfindən daxildən borclanma siyasətinin həyata keçirilməsi, eləcə də Azərbaycan Mərkəzi Bankı tərəfindən manata olan təzyiqin azaldılması məqsədilə not buraxılışlarına başlanması dövlət qiymətli kağızları bazarında əməliyyatların həcminin artım dinamikasını müəyyən edib. Dövlət istiqrazları bazarında əqdlərin həcmi 2015-ci il ilə müqayisədə 27,2 dəfə artaraq 567 mln. manat təşkil edib. Dövlət istiqrazlarının təkrar bazarı 7 dəfə artaraq 146 mln. manata çatıb. Ölkədə gedən iqtisadi proseslər fonunda ilk dəfə olaraq dövlət istiqrazları üzrə gəlirliliyin bazarda tələb və təklif əsasında formalaşması məqsədilə təqdim edilən sifarişlər üzrə qiymət həddi təyin edilməyib. Nəticədə, dövlət qiymətli kağızları üzrə orta gəlirlilik göstəricilərində əvvəlki illərdən fərqli olaraq artım müşahidə olunub. 2016-cı ildə manatla yerləşdirilən qısamüddətli dövlət istiqrazları üzrə ortaçəkili gəlirlilik 13,07%-ə yüksəlib. Xarici valyuta ilə ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi yalnız bir dəfə baş tutub ki, onun da gəlirliyi 3% təşkil edib.
Keçən il ərzində monetar siyasətin həyata keçirilməsi məqsədilə iki illik fasilədən sonra fond birjasında Mərkəzi Bankın notları yerləşdirilib. Hərrac üsulu ilə yerləşdirilmiş notların ümumi məbləği 268,7 mln. manat olub. Keçən il ərzində Mərkəzi Bankın notları üzrə ortaçəkili gəlirlilik 14,86% təşkil edib.
Hesabat dövrü ərzində Bakı Fond Birjasının törəmə maliyyə alətləri platformasında ümumi məbləği 4,168 mlrd. manat olan valyuta əsaslı və ümumi dəyəri 272 mln. manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilib. Ümumilikdə, törəmə maliyyə alətləri bazarının ümumi həcmi 4,440 mlrd. manat olub və əvvəlki ilə nisbətən 28% geriləmə müşahidə edilib.
Ötən il dövlət istiqrazları ilə ümumi məbləği 2 mln. manat olan iki repo əməliyyatı keçirilib ki, bu da 2015-ci il ilə müqayisədə 15,6 dəfə azdır.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!