Azərbaycanla Gürcüstan arasında saziş imzalandı .....                        Tofiq Yaqubluya 9 il həbs verildi .....                        Fransa təkrar-təkrar əsassız iddialar səsləndirir - RƏSMİ .....                        Ceyhun Bayramov Qazaxıstana getdi .....                        Spiker Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO .....                        DTX rəisi Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşdü .....                        Ehtiyatda olan hərbçilər orduya çağrıldı - FOTO .....                        Sahil Babayev ona yüksək vəzifə verdi .....                        Ermənistanın təcavüzü nəticəsində 4 min azərbaycanlı itkin düşüb .....                       
Tarix : 14-04-2016, 11:06
Mərkəzi Bank Naxçıvanda dövriyyəyə 100 milyon manat buraxıb


Naxçıvan Muxtar Respublikasının bankları tərəfindən ümumi kredit qoyuluşu ötən illə müqayisədə xeyli artaraq 1 aprel 2016-cı il tarixə 117 milyon 967 min manat olub.

Bu barədə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi məlumat yayıb.

Kredit portfelinin 15 milyon 423 min manatı qısamüddətli, 102 milyon 545 min manatı isə uzunmüddətli kreditlərin payına düşür. Kredit portfelinin 62,2 faizini sənaye, istehsal və kənd təsərrüfatı sahələri üzrə verilmiş kreditlər təşkil edir. Təkcə 2016-cı ilin birinci rübü ərzində verilmiş kreditlərin həcmi isə 9 milyon 607 min manat olub ki, bunun da 4 milyon 450 min manatını qısamüddətli, 5 milyon 157 min manatını isə uzunmüddətli kreditlər təşkil edir. Bu dövr ərzində prioritet istiqamətlərdən biri olan kənd təsərrüfatının inkişafı üzrə kredit qoyuluşunun həcmi 3 milyon 752 min manata, yəni ümumi kreditləşmənin 39,1 faizinə çatıb. Bu kreditlər, əsasən, heyvandarlıq və bitkiçilik, meyvəçilik, arıçılıq və quşçuluğun inkişafına yönəldilib. Real sektorun, fərdi təsərrüfatların inkişafı məqsədilə cari ilin birinci rübü ərzində sahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi də artaraq 2 milyon 922 min manata, ümumi kredit portfelinin 30,5 faizinə çatıb. Bununla yanaşı, muxtar respublika sakinlərinə verilmiş 2 milyon 522 min manat məbləğində şəxsi istehlak və daşınmaz əmlak alınması üçün, 409 min manat məbləğində ipoteka kreditləri də vətəndaşların maddi rifah səviyyəsinin yüksəldilməsində mühüm rol oynayıb.

Bank sektorunun mühüm bir göstəricisi də əhali əmanətlərinin cəlb olunmasıdır. 2016-cı ilin 1 aprel tarixinə əhalinin banklarda yerləşdirilən əmanətlərinin həcmi 6 milyon 835 min manat olub. Milli valyutamız olan manatla yerləşdirilən əmanətlərin həcmi 2 milyon 635 min manat, xarici valyuta ilə yerləşdirilən əmanətlərin həcmi isə manat ekvivalenti ilə 4 milyon 200 min manat təşkil edib. Bu dövrdə milli valyutada olan əmanətlərin həcmində artım qeydə alınıb. 2016-cı ilin ilk üç ayında 23 hüquqi, 6034 fiziki şəxs olmaqla, 6057 müştəriyə yeni bank hesabı açılıb. Ümumilikdə, banklar tərəfindən xidmət olunan hesabların 50 min 546-sı işlək hesab olub ki, onların 1381-i hüquqi, 49 min 165-i fiziki şəxsdir.

2016-cı ilin ilk 3 ayı ərzində Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə 99 milyon 630 min manat nağd pul dövriyyəyə buraxılıb.


APA


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!