Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 11-02-2019, 14:29
Nazirlik: Minimum əmək haqqı davamlı olaraq artırılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özəl sektor işçilərinin minimum əmək haqlarını artımla alacaqları mövzusu ilə bağlı açıqlama verib.
Butov.az-ın "Report"a istinadən xəbərinə görə, Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov jurnalistlər üçün keçirdiyi brifinqdə özəl sektorun bəzi xidmət sahələrində - avtomobil təmiri xidmətləri, çörək sexləri, hüquq şəxs statusunda olan ticarət sahələrində çalışanların əmək haqlarının minimum əmək haqlarına uyğun veriləcəyini deyib. Onun sözlərinə görə, bu cür şəxslərin sayı 150 min nəfərdən çoxdur.
O bildirib ki, minimum əmək haqqı davamlı olaraq artırılacaq və məbləğin real səviyyəyə uyğunlaşdırılması təmin olunacaq.
Nazirlik rəsmisi əlavə edib ki, beynəlxalq təcrübədə əmək haqlarının paket şəkilində verilməsi, qeyri-rəsmi məşğulluğun bir növü kimi qiymətləndirilir: "Minimum əmək haqqının artırılmasını qeyri-rəsmi məşğulluğun aradan qaldırılması kimi qəbul etmək lazımdır. Çünki bu zaman əmək haqqının qeyri-rəsmi verilən hissəsi rəsimləşmiş olur. Buna səbəb işəgötürənin ixtisassız şəxslərə əmək haqqını 180 manatdan az verməməsidir. Qeyri-rəsmi verilən əmək haqqının iqtisadiyyatımıza mənfi tərəfləri çoxdur. İşçi bundan gəlir vergisi vermir, dövlətə daxil olmalar azalır. Büdcəyə daxilolmalar artıqca, əhalinin sosial müdafiəsinin yaxşılaşmasına daha çox vəsait ayrılır".
O qeyd edib ki, bazar iqtisadiyyatı şəraitində bəzi işəgötürənlər işçilərə öz mövcud imkanlarından daha az əmək haqqı verirlər: "Bu, düzgün yanaşma deyil. İndiki halda işəgötürənlər bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq əmək haqqı verəcəklər. Bununla da dövlət sosial fonduna ödənişlər artacaq, vətəndaşlarımızın pensiya təminatı yaxşılaşacaq".
Qeyd edək ki, Prezidentin müvafiq sərəncamı ilə 450 min şəxsin əmək haqlarında, təxminən, 30 faiz artım olub. Minimum əmək haqqı 180 manata çatdırılıb. Maaş artımı, ümumilikdə, 600 mindən artıq işçini əhatə edir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!