Torpağın səsinə hay verdik .....                        Rumen Radevin Azərbaycana səfəri başa çatdı .....                        Ermənistandan KTMT-yə qarşı daha bir demarş .....                        Paşinyanın sədrliyi ilə Moskva görüşü başladı .....                        İrəvanda vəziyyət gərginləşdi - Keşiş Milli Təhlükəsizlik Xidmətinə çağırıldı .....                        Azərbaycanla Türkiyə arasında sənədlər imzalandı .....                        Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - FOTO .....                        Ərdoğan Əli Əsədovu qəbul etdi .....                        Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı .....                       
Tarix : 2-10-2019, 12:11
Bakının parklarında da velosiped zolaqları salınır

Paytaxt Bakıda velosiped zolaqlarının salınmasına start verilib.
Butov.az Azvision.az-a istinadən xəbər verir ki, artıq Bakının bir neçə parkında velosiped zolaqlarına rast gəlmək olar. Belə ki, yenidənqurmadan sonra ötən gün istifadəyə verilən Atatürk parkında, eləcə də Qaraçuxur qəsəbəsində salınan Neftçilər parkında sakinlər üçün velosiped yolları salınıb. Digər istirahət parklarında da belə zolaqların təşkili gözlənilir.
Ümumilikdə isə qeydə edə bilərik ki, Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərinə uyğun olaraq velosipeddən istifadənin təşviqi, bunun üçün şəhərdə uyğun infrastrukturun - velosiped yollarının, zolaqlarının yaradılması Bakı Nəqliyyat Agentliyinin qarşıdakı illərdəki əsas fəaliyyət planına daxil edilib.
Belə ki, “Bakı şəhərində Velosiped Nəqliyyatı: İlkin Kompleks Baş Planı”nın birinci mərhələsində paytaxtın Böyükşor parkı - Olimpiya stadionu, Elmlər Akademiyası, Bulvar, ikinci mərhələsində isə İçərişəhər, Sovetski - Qış parkı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Dədə Qorqud parkı, Atatürk parkı, N.Nərimanov parkı, Ağ Şəhər, Sahil parkı, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi istiqamətindəki yollarda velosiped yollarının təşkili nəzərdə tutulub.
Qarşıdakı illərdə paytaxtda velosiped yolları və duracaqları yaradılacaq, əhali rahat şəkildə velosipeddən istifadə edə biləcək.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!