"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 5-05-2024, 14:24
ULULARDAN, BABADAĞDAN SORAQ ALDIM
HİSSƏLƏR

Xosrov Pərviz Şapur, bir neçə yaxın dostu, mühafizəçisi ilə üzü Kərkükə doğru uzanan dağın ətəyində, meşəsi, çəmənliyi, bulağı olan mənzərəli bir yerdə atdan düşdülər. Qantəpərin, kəklıkotunun, qaraqınığın- dağ çiçəklərinin ətri havaya yayılmışdı.
Xosrov:
-Kəndlərdən, bağlardan, əkin sahələrindən uzaq olmalıyıq. Başıma gələni yəqin bilirsiniz. Hələ ki qadağa var, musiqiçiləri özümlə gətirmədim. Gətirdiklərimizi yeyək, bu nanəli-yarpızli bulağın suyundan içərik, bu təmiz havanın da dadını çıxararıq...
Əlbəttə, Xosrovun başına kələnləri bilirdilər. Təbiəti seyrə çıxıb, əyləniblər, gecəni bir evdə qonaq qalıblar, o evdə haylı-küylü musiqi məclisi qurublar... At kəndlinin məhsulun zay edib, nökər kəndlinin üzüm bağına ziyan vurub... Şahənşaha şikayət edilib, cəzaların alıblar... Əlavə cəzadan xilas olsun, atası onu bağışlasın deyə Xosrov boynunda kəfən, bir neçə ağsaqqalla saraya gəlmış atanın-şahənşahın ayaqlarına düşmüşdü... Ağlamış, orada olanlar da kövrəlmiş, atanın da ürəyi yumşalmış, onun günahından keçmişdi. Əlavə cəzadan da qurtulmuş, ancaq xeyli danlanmışdı...
Qayıtmağa hazırlaşırdılar ki, atların kişnərtisi ətrafa yayıldı. Bir xeyli atlı qız onlardan bir qədər aralı açıqlığa gəlib çıxdı. Əllərində çomağa bənzər ağac, bir əldə də yundan düzəlmış top vardı.
Şapur:
-Çövkən oyunudu. Bunlar türk qızları olmalıdı.Türk döyüşçüləri də, bilisən, at üstə ox, kəmənd, nizə, qılınc işlətməkdə mahirdilər. Yaxınlaşıb oyuna baxmağa başladılar. Qızların çevikliyi, ölçülü-biçili, səriştəli hərəkətləri başqa aləm idi.
Oyunda fasilə yarananda Xosrov diqqətini çəkən qızlardan birinə yaxınlaşdı.
-Xoş gördük. Bu gözəl oyunun adı nədi?
-Çövkən.
Xosrov yenə həmin qızdan:
-Hansı eldənsiniz?
-Türk elindən...
-Qızları at belində belə çevik, cəld oyun bacarır, gör sizin elin kişiləri nələrə qadirdi...
-Sağ olun, biləsiniz, bizim ellər ta qədimdən ata dəyər verən ellərdi, atla yola çıxar, arana, yaylağa köç edərlər... At üstə oyunlar oynayarlar, yarışlar keçirərlər... At üstə getdikləri döyüşlərdə qələbə qazanarlar. Bu, idmandı, həm də ölkəmizə göz tikən işğalçılarla döyüşə hazırlıqdı...
Xosrov bu qızın həm gözəlliyinə, həm də verdiyi açıq-aydın cavablara heyran qaldı.
-Sizin adınızı bilmək olarmı?
-Şirin...
-İran ərazisində daha çox türk elinə aid oyundu, bildim. Ancaq mən də oynamaq istəyirəm. Bacara bilsəm...
-Məşq etməklə öyrənə bilərsiniz...Biz çox vaxt bura gəlirik... Bizim yaylaqlardı bura...
-Yox,indi başlamaq istəyirəm...
Şirin qızlarla danışdı, Xosrov da oyuna qatıldı...
Oyun başa çatanda Şirin:
-Öyrənirsiniz... İlk oyundu, daha yaxşı öyrənərsiniz...
Şapur Xosrovu bir kənara çəkdi.
-Sənə tərif etdiyim qızdı bu. Şirin... Bəyəndinmi? Saraya qonaq dəvət elə...
Xosrov Şirinə yaxınlaşdı:
-Mən şahənşahın oğlu Xosrovam... Hərdən belə seyrə, gəzintiyə, ova çıxırıq.Bu yerlərə gələcəksinizsə, yenə görüşərik... Ancaq mən sizi Mədaində görmək istərdim. Xahiş edirəm, bizə qonaq gəlin...
Şirin:
-Tanrı bizi ovlardan yox, ovçulardan etsin... Mən sizin adınızı eşitmişəm, özünüzü də gördüm.
Qızın tanrı sözü Xosrovun diqqətini çəkdi, qızın inancına hörmət göstərdi.
-Tanrı sizi qorusun, xanım. Maraqlı fikir dediniz,“ovlardan yox, ovçulardan etsin” nə deməkdi?
-Ov tora düşənlərdi, sonları da yaxşı olmur, həyatlarını asanlıqla itirirlər... Belə görürəm, ovdan, ovçulardan uzaq olmaq məsləhətdi...
-Mən bu dağın ətəyində etdiyim ovdan danışıram...
-Mən də bu dağın ətəyindən danışıram.
Xosrov gülümsündü:
-Mədainə gəlin, siz ov kimi gəlməzsiniz yəqin, sizi qonaq dəvət edirəm... Çox şad olaram... Sizi gözləyəcəm...
Şirin atın üstə qalxaraq:
-O dediyim fikir əsassız deyil. Çox təssüf ki, həyatda insanı ova döndərən nələrsə olur... İnsan o nələrdən qorunmağı bacararsa, ov olmaz, gələcək həyatını da puç etməz... Əlbəttə, bacara bilsə!.. Dəvət üçün sağ olun, şahənşah oğlu!..
Xosrov:
-Sağ olun, xanım!..
Ardı var.

Musa Aslanxanlı


Paylaş



Bölmə: Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!