“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 28-01-2019, 13:56
Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkı əsaslı təmir olunur

Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a verilən verilən məlumata görə, bu park tarixi şəxsiyyət, Türkiyə Respublikasının qurucusu və banisi Mustafa Kamal Atatürkün adını daşıyır. Eyni zamanda, bu park Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində görülən işlərdən biridir.
İndiyə qədər parkdakı şərait istər ərazidə yaşayanları, burada istirahət edənləri, istərsə də parkdan keçənləri, bir sözlə heç kimi qane etməyib. Bununla əlaqədar vətəndaşlardan mütəmadi olaraq Bakı Şəhər İcra Hakimiyyətinə müxtəlif xahiş və təkliflər ünvanlanıb. Həmin müraciətlər nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Nərimanov Rayon İcra Hakimiyyəti ilə birlikdə Atatürk parkının tam şəkildə yenidən qurulması, abadlaşdırılması ilə əlaqədar layihə sənədləri hazırlanıb. Həmin layihə sənədləri əsasında parkın ən müasir standartlara cavab verən şəkildə yenidən qurulması nəzərdə tutulub. Parkda müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılacaq, o cümlədən parkda istirahət edən insanların müəyyən tələblərini ödəmək üçün bir neçə ictimai iaşə obyekti istifadəyə veriləcək. bildirilib ki, 2 ay əvvəl parkda əsaslı təmir-yenidənqurma işlərinə başlanıb. Parkdakı obyektlərin sənədləri araşdırılıb. Mülkiyyət sənədləri olan obyekt sahiblərinə obyektlərində müasir standartlara, parkın yeni layihəsinə uyğun formada yeniləşdirmə aparılması işləri tapşırılıb. Digər işlər isə layihə sənədlərində nəzərdə tutulub. O cümlədən parkdakı ağacların budanması, cavanlaşdırılması işləri də görülür. Bu işlər Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Departamenti tərəfindən həyata keçirilir.
Layihəyə uyğun olaraq gələcəkdə parkda əlavə digər ağacların, kolların əkilməsi, güllərdən müxtəlif kompozisiyaların düzəldilməsi, qazon örtüyünün yenilənməsi nəzərdə tutulub.
Yaxın aylarda bu parkın sakinlərin istifadəsinə verilməsi planlaşdırılır.
Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkı əsaslı təmir olunur


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!