Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 29-12-2015, 12:25
Prezident İlham Əliyev Xətai rayonunda



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Bakının Xətai rayonundakı Ramiz Quliyev, Rahib Məmmədov, Xudu Məmmədov, Aşıq Ələsgər küçələrinin və Gəncə prospektinin yenidən qurulması və əsaslı təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Butov.az-ın ATV.az-a istinadən verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov buradakı küçələrin və Gəncə prospektinin əsaslı təmiri və yenidənqurma planı əsasında görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib.

Qeyd edilib ki, dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi, qəsəbədaxili və məhəllələrarası küçələrin abadlaşdırılması istiqamətində paytaxtın müxtəlif rayonlarında tədbirlər davam etdirilir.

Əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq paytaxtın digər rayonlarında olduğu kimi, Xətai rayonu ərazisindəki küçələrdə də abadlıq və quruculuq işləri aparılır, əhalinin rahatlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür.

Xətai rayonundakı 5,5 kilometr uzunluğu olan yolda da əsaslı təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə aparılıb, ümumilikdə 131 min kvadratmetrdən çox əraziyə asfalt örtüyü döşənib. Yolların kənarında abadlıq işləri görülüb, 18 min metrdən çox qranit səki daşları və yol boyu kommunikasiya lüklərinin qapaqları dəyişdirilib.

İki min kvadratmetrə yaxın səki yenidən qurulub, yeni asfalt örtüyü salınıb. Yol zolaqlarına 2 min 743 kvadratmetr tamet tavlar döşənib. Əsaslı təmir olunmuş və yenidən qurulmuş yollar müasir standartlara uyğun işıqlandırma sistemi ilə təchiz edilib, 193 yeni işıq dirəyi quraşdırılıb. Bütün kommunikasiya xətləri yerin altı ilə çəkilib, ətraf ərazilərdə yaşıllıq zolaqları salınıb.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!