Təmsilçilərimiz "Eurovision"da çıxış etdilər .....                        Dönərdən zəhərlənənlərin sayı 40-a çatdı .....                        Ölənə qədər vəzifədə olmalı deyiləm ki? - Novruz Məmmədov .....                        Robert Fitso Azərbaycana səfəri barədə nələr dedi? - VİDEO .....                        Ermənistan-Azərbaycan sərhədində zəlzələ .....                        Əli Əsədov Türkiyə mətbuatına müsahibə verdi .....                        Küveyt əmiri Türkiyədə rəsmi səfərdədir .....                        Şəhidimizin nəşi 30 ildən sonra doğma kəndində dəfn edildi - FOTO .....                        Kapital Bank-ın Laçın filialı açıldı .....                       
Tarix : 12-09-2017, 12:30
Qız uşaqlarının neçə faizi təhsilini davam etdirə bilir?! – rəsmi açıqlama


Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, İranda əsasən qeyri-fars millətlərinin yaşadıqları sərhəd bölgələrində qız uşaqların təxminən 50 faizi ibtidai və ya ondan sonra təhsili tərk etmək məcburiyyətində qalırlar.

Bu barədə İranın Təlim və Tərbiyə Nazirliyinin ibtidai təhsil üzrə sədr müavini Rizvan Həkimzadə jurnalistlərə açıqlama verib.

“Qız uşaqlarının məktəbi atmasının ən böyük səbəbi onların erkən yaşlarda evləndirilməsidir”- deyə Həkimzadə açıqlamasında vurğulayıb.

O əlavə edib ki, “xüsusilə kiçik şəhərlərdə uşaqlar ailə üçün işçi qüvvəsi hesab edilirlər. Onlar misal üçün kəndlərdə məhsul toplama zamanı ailələrinə yardım etməli olurlar. Bəzi bölgələrdə də ailələr qızlarını qadın müəllimlərin olmadığı məktəblərə göndərmək istəmirlər.”

Təlim və Tərbiyə Nazirliyinin sədr müavini sərhədyanı əyalətlər və təhsilini tərk edən şagirdlərin sayına işarə etməyib.

Güney Azərbaycanının üç sərhədyanı Əyaləti əhalinin savadlılıq səviyyəsi və ibtidai məktəb şagirdlərinin sinifdə qalması baxımından ölkənin ən uğursuz əyalətlərindən hesab edilir. Qərbi Azərbaycan Əyaləti son iki ildə ibtidai məktəb şagirdlərinin davamsızlığı baxımından ölkədə ikinci yeri tutub.

Rəsmilərin açıqlamalarına görə, bu uğursuzluğun əsas səbəblərindən ana dilinin farsca olmaması, habelə sinif və müəllim çatışmazlığıdır.

Təhsildən məhrum olan şagirdlərin sayına görə, Qərbi Azərbaycan Əyaləti ilə yanaşı Sistan-Bəluçistan, Xuzistan və Hormozqan Əyalətlərinin adları da birinci sıralarda çəkilir.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!