34 il əvvəl Qarakənddə kimlər həlak olmuşdu... - SİYAHI .....                        Azərbaycanda iki şəhidin məzarı qarət edildi - VİDEO .....                        Prezident Ağdamla bağlı paylaşım etdi .....                        Ağdamın azadlığının beşinci ili .....                        Qonşusunun qulağını dişləyib qopardı, həbs edildi .....                        ABŞ Ukraynanın təslim olmasını tələb edir – ŞOK PLAN .....                        Xocavənddə 140 ev təmir olunacaq - 12 MİLYONLUQ SİFARİŞ .....                        Həmin açarı bu dəfə Ronaldoya hədiyyə etdi .....                        Kremldə nə baş verir? .....                       
Tarix : 29-09-2015, 10:59
“Qarabağa”a çox qol vurmalıyıq” - “Anderlext”in futbolçusu


“Biz bütün oyunlarda 1-dən çox qol vurmalıyıq. Çünki ikinci qolu vurmadıqca, vəziyyət qəlizləşir”. Butov.az Apasport.az saytının məlumatına görə xəbər verir ki, bunu “Anderlext”in yarımmüdafiəçisi Leander Dendonker deyib. Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Belçika təmsilçisi bu həftə məhz Ağdam klubu ilə qarşılaşacaq. Gənc futbolçu yerli mətbuata açıqlamasında Bakı səfərinə də bol qollu qələbə qazanmaq üçün yollanacaqlarını söyləyib: “Bu mövsüm bir az problem yaşayırıq. Ən böyük çatışmazlığımız ikinci qolu vura bilməməyimizdi. Ancaq çox qol vurmaq üçün hücumçuları tez-tez zərbə mövqeyinə də çıxarmaq lazımdı. Avropa Liqasında “Monako” ilə görüşdə ikinci topu vura bilmədiyimiz üçün rəqib bizi son dəqiqələrdə cəzalandırdı. Ancaq “Qarabağ”la səfər görüşündə bu səhvi təkrarlamamalıyıq. Bacardıqca çox qol vurmaq lazımdı ki, matçın son dəqiqələrini gərginlikdə keçirməyək. “Monako” ilə qarşılaşmada itirdiyimiz 2 xalı “Qarabağ”la matçda sığortalamalıyıq”.

Belçika millisinə də dəvət alan 20 yaşlı oyunçu komandanın əsasən orta sahəsinin güclü olduğunu düşünür: “Bizim yarımmüdafiə xəttimiz çox güclüdü. Stiven Defur, Yuri Tilemans və ya Dennis Praet meydançada olanda bir-birimizi yaxşı başa düşürük. Onlarla çiyin-çiyinə çıxış etmək mənim kimi gənc futbolçu üçün böyük şansdı. Mənə çox kömək edirlər”.

Qeyd edək ki, “Qarabağ” – “Anderlext” matçı oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Butov.az


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!