Tarix : 15-11-2025, 15:59
Naxçıvanda iki avtomobil toqquşdu - 2 nəfər xəsarət aldıNaxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Naxçıvan-Sədərək magistralında qeydə alınıb. Hadisə zamanı "Hyundai" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Qəzada 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Paylaş
Bölmə: Xəbər / Karusel / Xəbər lenti