Ağcabədidə ağır qəza - Ölən varAğcabədi şəhərinin Səməd Vurğun küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
“Opel” markalı minik avtomobili “VAZ-2106” və “Mercedes” markalı avtomobillərlə toqquşub. Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü hadisə yerində ölüb. Bir nəfər isə xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.