Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 15-02-2019, 15:10
Nazir xaricdə təhsil almış əməkdaşlarla görüşdü - FOTO

Kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, nazir bildirib ki, kadr potensialının zənginliyi, peşəkar kadrların mövcudluğu hər bir sahənin inkişafının əsas amillərindən biridir.
Xaricdə təhsil almış və Kənd Təsərrüfatı Nazirliyi sistemində işə qəbul olunmuş əməkdaşlara uğurlar diləyən nazir qeyd edib ki, bu əməkdaşlar öz bilik və təcrübələrini aqrar sahənin inkişafı üçün sərf etməlidirlər.
Nazirliyin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri Elvin Paşayev nazirlik sistemində xaricdə təhsil almış kadrların sayının artdığını qeyd edib: “Gənclər bu dəstəkdən istifadə edərək kadr kimi formalaşmalı, öz üzərlərində çalışmalıdırlar".
Görüşdə çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Əmir Əmirli, Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Toğrul Cəfərov, nazirlik Aparatının elm və təhsil şöbəsinin müdir müavini, təhsil sektorunun müdiri Nəzrin Bağırova və xaricdə təhsil almış digər əməkdaşlar göstərilən etimada görə təşəkkür ediblər.
Nazir İnam Kərimov Aqrar Tədqiqatlar Mərkəzində xaricdə təhsil alan əməkdaşların daha çox təmsil olunduğunu qeyd edib, İnsan resurslarının idarəedilməsi şöbəsinə əməkdaşların qısa və uzunmüddətli təhsil proqramlarına cəlb olunması, ixtisasartırma kurslarına göndərilməsi ilə bağlı tapşırıq verib.
Nazir xaricdə təhsil almış əməkdaşlarla görüşdü - FOTO


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!