Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
10-10-2023, 22:06
Ərdoğan BMT-nin baş katibiylə İsrail-Fələstin toqquşmasını müzakirə etdi


Ərdoğan BMT-nin baş katibiylə İsrail-Fələstin toqquşmasını müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.
Bu barədə TRT kanalı məlumat yayıb.
Telefon danışığı zamanı İsrail və Fələstinin HƏMAS hərəkatı arasındakı toqquşma müzakirə olunub.
10-10-2023, 19:21
Paşinyan rus sülhməramlılarının Ermənistanın köçürülməsinin əleyhinədir


Paşinyan rus sülhməramlılarının Ermənistanın köçürülməsinin əleyhinədir

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlılarının Ermənistana köçürülməsinin əleyhinədir.
Bu barədə o, İctimai telekanala müsahibəsində deyib.
Paşinyan bildirib ki, əgər Qarabağdakı Rusiya sülhməramlıları regionu tərk etsə, onlar Ermənistana köçürülmək əvəzinə, Rusiya Federasiyasına qayıtmalıdırlar.
O qeyd edib ki, Ermənistan “3+3” formatında görüş keçirməyə hazırdır. Paşinyanın sözlərinə görə, görüşün Tehranda baş tutacağı barədə razılıq əldə olunub.
10-10-2023, 17:41
Zaxarova:”Moskva problemin uğurla həll ediləcəyini gözləyir”


Zaxarova:”Moskva problemin uğurla həll ediləcəyini gözləyir”

"Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti son hadisələr nəzərə alınmaqla uyğunlaşdırılacaq".
Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
O deyib ki, sülhməramlıların Qarabağa yeridilməsi şərtləri, o cümlədən sentyabrın 19-20-də baş verən son toqquşmalardan sonra "əhalinin köçü fonunda dəyişib".
"Sülhməramlılar artıq bir sıra stasionar və müvəqqəti müşahidə məntəqələrini bağlayıblar. Moskva Bakı ilə sülhməramlılarla bağlı fundamental məsələləri müzakirə edəcək. Xarici işlər nazirlərinin mümkün üçtərəfli görüşünə gəlincə, Moskva aydınlaşan kimi onun keçirilmə vaxtını açıqlayacaq. Moskva problemin uğurla həll ediləcəyini gözləyir", - Mariya Zaxarova deyib.
"Məsələ Rusiya Federasiyasının “hamı üçün” prinsipi əsasında mübadilə etməyə çağırdığı Ermənistan və Azərbaycan tərəfləri tərəfindən həll edilməlidir. Saxlanılanlara humanitar hüququn bütün normaları tətbiq edilməlidir. Əgər onların arasında Rusiya vətəndaşları varsa, o zaman Moskva bütün lazımi yardımı göstərəcək", - sözçü əlavə edib.
Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıya gəlib.
10-10-2023, 17:17
Hakan Fidan pakistanlı həmkarıyla Şuşada görüşdü


Hakan Fidan pakistanlı həmkarıyla Şuşada görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Şuşada pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə görüşüb.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclası çərçivəsində bir araya gəliblər.
Hakan Fidan və Cəlil Abbas Cilani qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

10-10-2023, 16:57
Fələstin-İsrail arasında gərginliyin azalması gözlənilmir - Zaxarova


Fələstin-İsrail arasında gərginliyin azalması gözlənilmir - Zaxarova

"Yaxın gələcəkdə Fələstin-İsrail münaqişəsi zonasında gərginliyin azalması gözlənilmir".
Bunu keçirdiyi brifinqdə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
"Rusiya Federasiyası Yaxın Şərqdəki tərəfdaşları ilə birlikdə münaqişə zonasında ruslar üçün riskləri minimuma endirməyə səylər göstərir. Fələstində yaşayan ruslar üçün təxliyə işləri aparılır, İsraildən müntəzəm reyslərlə uçmaq mümkündür. Sergey Lavrov oktyabrın 16-dan 18-dək Pekinə səfər edəcək, səfər zamanı Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlar aparacaq", - o söyləyib.
"Noyabrın 5-də keçiriləcək ümumi seçkilər ərəfəsində Moldovada vəziyyət pisləşməyə meyllidir", - sözçü belə hesab edir.
10-10-2023, 16:34
Misir Qəzza zolağıyla sonuncu keçid məntəqəsini bağladı


Misir Qəzza zolağıyla sonuncu keçid məntəqəsini bağladı

Misir Qəzza zolağı ilə sərhəddə fəaliyyət göstərən sonuncu keçid məntəqəsini bağlamaq qərarına gəlib.
Bu barədə “The Washington Post” bildirib.
Məlumata görə, rəsmi Qahirə Misirlə Qəzza zolağının sərhədində yerləşən Rəfah şəhərindəki məntəqənin fəaliyyətini dayandırıb. Misir İsraillə sərhəddə yerləşən Taba keçid məntəqəsini də bağlayıb.
“Haanretz”in məlumatına görə, adının açıqlanmasını istəməyən Misirin dövlət məmuru bildirib ki, keçid məntəqəsi İsraiin istəyi ilə deyil, sülhü təmin etmək məqsədi ilə bağlanıb. Başqa mənbələr isə bildirib ki, bu addım Qəzza zolağına hücumlar nəticəsində fələstinlilərin Sinay yarımadasına qaça biləcəyindən qorxduğu üçün atılıb.
Bildirilib ki, Misir hakimiyyəti Qəzza zolağı ilə sərhəddə hərbi patrul xidmətini gücləndirib.
Qəzetin qeyd etdiyi kimi, Rəfah Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra tibbi yardım, qida və generatorlar üçün yanacaq, eləcə də digər zəruri mallar üçün Qəzza zolağına sonuncu keçid məntəqəsi olub.
Bir müddət əvvəl İsrail hökuməti Qəzza zolağının tam mühasirəyə alınması, su və elektrik təchizatının dayanması, ərzaq və yanacaq tədarükü yollarının kəsilməsi barədə göstəriş verib.
10-10-2023, 16:28
Paşinyan Qırğızıstan Prezidentiylə telefon danışığı apardı


Paşinyan Qırğızıstan Prezidentiylə telefon danışığı apardı

Ermənistanın baş naziri Nikol Paşinyan və Qırğızıstan prezidenti Sadır Japarov arasında telefon danışığı olub.
Bu barədə "Sputnik" məlumat yayıb.
Söhbət zamanı Paşinyan Qırğızıstan tərəfinin diqqətinə çatdırıb ki, o, Bişkekdə keçirilən MDB sammitində iştirak edə bilməyəcək.
Həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub.
10-10-2023, 13:37
Rusiya həm İsrail, həm də Fələstinlə təmasları davam etdirir - Peskov


Rusiya həm İsrail, həm də Fələstinlə təmasları davam etdirir - Peskov

"Rusiya Federasiyası HƏMAS-ın girovları arasında həqiqətən də rusların olub-olmadığını və onların gələcək taleyini araşdırır".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Rusiya Federasiyası həm İsrail, həm də Fələstinlə təmasları davam etdirir və nizamlanma yollarının axtarışında yardımı davam etdirmək niyyətindədir. Fələstin prezidentinin Rusiya Federasiyasına səfəri əvvəlcədən planlaşdırılıb, hələlik dəqiq tarixlər yoxdur", - o əlavə edib.
Xatırladaq ki, Fələstin və İsrail arasında qarşıdurma və gərginlik davam edir.
10-10-2023, 13:03
İranin XİN başçısı Borrellə telefon danışığı apardı


İranin XİN başçısı Borrellə telefon danışığı apardı

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
Bu barədə Borrell "X" hesabında bildirib.
"Dünən gecə İran xarici işlər naziri Əmir Abdullahianla telefon danışığım zamanı mən HƏMAS-ın İsrailə qarşı vəhşi hücumlarını ən sərt şəkildə pislədiyimi bir daha bəyan etdim və insan itkisinə görə dərin təəssüfləndiyimi bildirdim. Bu cür alçaq terror aktlarına və onu dəstəkləməyə heç nə haqq qazandıra bilməz", - Borrell bildirib.
10-10-2023, 11:34
Qəzzada iki jurnalist həlak oldu


Qəzzada iki jurnalist həlak oldu

Qəzzada iki jurnalist həlak olub.
Bu gün səhər İsrail döyüş təyyarələrinin Qəzza zolağını bombalaması nəticəsində iki fələstinli jurnalist ölüb, biri isə yaralanıb.
Bildirilib ki, jurnalistlərin çalışdığı Qəzza valiliyinin İnstitusiyalar küçəsində yerləşən "Hajji Tower" binası bombalanıb və tamamilə dağılıb. Nəticədə "Əl-Khamsa News" saytının baş redaktoru, Rəfah əyalətinin sakini Səid Radvan əl-Tavel və Qəzza sakini, "Khabar" Agentliyinin fotoqrafı Məhəmməd Rizq Sobh həlak olub.
Jurnalist Hişam Əl-Nəvacha ağır xəsarət alıb və reanimasiyaya yerləşdirilib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-ın İsrailin cənub regionuna hücumuna və törətdiyi terror aktlarına cavab olaraq İsrail Qəzzada hərbi əməliyyata başlayıb. İsrail Baş naziri Netanyahu bildirib ki, İsrail müharibə vəziyyətindədir. Artıq həm İsraildə, həm də Qəzzada ölən mülki vətəndaşların sayı 1000-i keçib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!