TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
2-01-2026, 09:14
Məşhur aktyorun qızı ölü tapılıb


Məşhur aktyorun qızı ölü tapılıb

Məşhur Hollivud ulduzu, aktyor Tommi Li Consun 34 yaşlı qızı ölü tapılıb.
Onun meyiti Kaliforniyadakı bir oteldə tapılıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Viktoriya Li Consun ölüm səbəbini araşdırır.
Xatırladaq ki, 80 yaşlı Tommi Li Cons 1994-cü ildə "Oskar" mükafatına layiq görülüb.
2-01-2026, 01:51
İsveçrədə faciə: 40 ölü, 100 yaralı


İsveçrədə faciə: 40 ölü, 100 yaralı

İsveçrənin məşhur Crans-Montana dağ kurortunda “Le Constellation” barında Yeni il şənliyi zamanı güclü yanğın və partlayış baş verib.
Bu barədə İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli məlumat yayıb. O, rəsmi məlumatlara istinadən bildirib ki, hadisə zamanı təxminən 40 nəfər həlak olub və 115-ə yaxın insan yaralanıb, bir çoxu ağır vəziyyətdədir. Hadisə 1 yanvar 2026-cı il səhər saatlarında qeydə alınıb.
Polis və yanğınsöndürənlər əraziyə cəlb olunub və araşdırma davam edir. İlk açıqlamalarda terror aktı şübhəsi istisna edilib; hadisənin səbəbi hələ də araşdırılır.
Yaralılar yaxın xəstəxanalarda müalicə olunur, qurbanların kimliyi müəyyənləşdirilir. Dövlət rəsmiləri və beynəlxalq liderlər faciə ilə bağlı başsağlığı veriblər.
2-01-2026, 00:40
İranda vəziyyət gərginləşdi - Polisə hücum edildi


İranda vəziyyət gərginləşdi - Polisə hücum edildi

İranda nə baş verir?

İranda etirazlar dördüncü gündür davam edir. Aksiyalar azı 36 şəhəri əhatə edib və digər yaşayış məntəqələrinə yayılır.
Etirazlar fonunda ölkədə internetə çıxışda ciddi problemlər yaranıb.
Teleqram kanallarının məlumatına görə, hökumət rabitəni məhdudlaşdırır və əlaqə tez-tez kəsilir.
Ölkənin mərkəzi bölgələrindən birində polis etirazçılara qarşı döyüş sursatından istifadə edib. İlkin məlumatlara əsasən, iki nəfər ölüb.
Dini mərkəz hesab edilən Qum şəhərində etirazçılar dindarlar əleyhinə şüarlar səsləndiriblər. Qum İran ruhani elitasının əsas dayaqlarından biri sayılır və baş verənlər xüsusi simvolik məna kəsb edir.
Media məlumatlarına görə, ölkənin qərbində polis ilə toqquşmalar zamanı daha üç nəfər həlak olub. 17 nəfər yaralanıb.
Hazırda ölkənin müxtəlif bölgələrində təhlükəsizlik qüvvələrinin sayı artırılıb. Vəziyyət gərgin olaraq qalır.
2-01-2026, 00:10
Gürcüstan-Rusiya sərhədi bağlandı


Gürcüstan-Rusiya sərhədi bağlandı

Gürcüstan ərazisində yağan aramsız qar bir sıra ciddi problemlər yaradıb.
Gürcüstan-Rusiya quru sərhədinə gedən, eləcə də digər beynəlxalq əhəmiyyətli magistral yollar tam bağlanıb.
Hərbi yol kimi tanınan Yuxarı Lars sərhəd keçid məntəqəsi qar uçqunu təhlükəsi səbəbindən bütün nəqliyyat vasitələrinin hərəkəti üçün qadağandır.
Qərb bölgəsində bəzi kəndlərlə əlaqə kəsilib. Qarın hündürlüyü bir metrə çatıb. Bəzi bölgələrə elektrik enerjisi və təbii qazın verilməsində fasilələr yaranıb.
Tbilisidən Marneuliyə gedən yolda da avtomobillərin hərəkətində problemlər yaranıb. Hidrometeoroloqların məlumatına görə, yağıntı və soyuq hava şəraiti davam edəcək. Temperaturun bəzi bölgələrdə mənfi 17 dərəcəyədək enəcəyi proqnozlaşdırılır.
1-01-2026, 23:47
Avropada Rusiya gəmisinin heyəti saxlanıldı – Azərbaycanlı da var


Avropada Rusiya gəmisinin heyəti saxlanıldı – Azərbaycanlı da var

Finlandiya sərhədçiləri Helsinki–Tallin arasında sualtı telekommunikasiya kabelinin zədələnməsi ilə bağlı Rusiyaya gedən yük gəmisini saxlayıb.
Bu barədə Reuters məlumat yayıb.
Saxlanılan gəmi Fitburg adlanır. Gəmi Sent-Vinsent və Qrenadanın bayrağı altında üzür. "MarineTraffic" məlumatına görə, gəmi Sankt-Peterburqdan çıxıb və İsrailin Hayfa limanına gedirmiş.
Gəminin heyətində Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşları olub. Ümumilikdə heyətdə 14 nəfər var.
Gəmi Estoniyanın müstəsna iqtisadi zonası yaxınlığında, lövbər salmış vəziyyətdə aşkarlanıb.
Gəmidə axtarış aparılıb. Heyət üzvləri dindirilib. Finlandiya polisi bildirib ki, iki nəfər saxlanılıb. Daha iki nəfərə ölkədən çıxış qadağası qoyulub. Saxlanılanların vətəndaşlıqları açıqlanmır.
Gömrük orqanları daşıdığı yükləri yoxlamaq üçün müsadirə edib. Sanksiyaların pozulub-pozulmadığı araşdırılır.
Finlandiya polisi istintaqın davam etdiyini bildirir.
1-01-2026, 22:09
İranda güclü etirazlar - Rəisinin heykəli aşırıldı


İranda güclü etirazlar - Rəisinin heykəli aşırıldı

İranda etirazlar dördüncü gündür davam edir və azı 36 şəhəri əhatə edir.
Aksiyalar ölkənin müxtəlif bölgələrinə yayılıb.
Etirazçılar helikopter qəzasında həlak olan keçmiş prezident İbrahim Rəisinin bir neçə gün əvvəl qoyulan heykəlini də aşırıblar.
İran dövlət televiziyasının məlumatına görə, yüksək inflyasiyaya qarşı kütləvi etirazlar zamanı təhlükəsizlik qüvvələrinin bir əməkdaşı ölüb. İran mediası və hüquq-müdafiə təşkilatları bildirir ki, cümə axşamı ölkənin müxtəlif vilayətlərində baş verən iğtişaşlarda bir neçə nəfər həyatını itirib. Bu, son üç ildə İranda baş verən ən iri sosial etiraz dalğası kimi qiymətləndirilir.
Etirazlara səbəb isə kəskin bahalaşmadır və bəzi bölgələrdə hadisələr zorakılığa keçib.
Fars agentliyi “məlumatlı mənbə”yə istinadla xəbər verir ki, cümə axşamı səhər qərbdə yerləşən Lurdaqan şəhərində polis və silahlı olduqları iddia edilən etirazçılar arasında toqquşmalar baş verib, ölənlər var.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cümə axşamı səhər qərbdə yerləşən Kuhdeşt şəhərində Korpusla əlaqəli “Bəsic” könüllü yarımhərbi dəstəsinin bir üzvünün öldürüldüyünü açıqlayıb. Məlumata görə, ölən şəxs Amirhossam Xodaiyari Fərd olub, daha 13 “Bəsic” üzvü yaralanıb.
Etirazlar İran hakimiyyəti üçün mürəkkəb bir dövrə təsadüf edir. Ölkə iqtisadiyyatı Qərb sanksiyalarının təzyiqi altındadır, inflyasiya təxminən 40 faiz səviyyəsinə çatıb. Bundan əlavə, iyun ayında İsrail və ABŞ-ın İranın nüvə infrastrukturu və hərbi rəhbərliyinə yönəlmiş zərbələri də gərginliyi artırıb.
Rəsmi Tehran aksiyalara təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə yanaşı dialoq mesajları ilə cavab verir. Hökumət nümayəndəsi Fateme Möhadcerani bildirib ki, hakimiyyət həmkarlar ittifaqları və ticarət nümayəndələri ilə birbaşa danışıqlar aparmağı planlaşdırır, lakin detallar açıqlanmayıb.
Son günlərdə ticarətçilər, mağaza sahibləri və bir sıra universitetlərin tələbələri aksiyalar keçirir, iri bazarlar bağlanır. Çərşənbə günü hakimiyyət soyuq hava şəraitini əsas gətirərək ölkə üzrə istirahət günü elan edib.
Qeyd edək ki, İran rialı 2025-ci ildə ABŞ dollarına nisbətdə təxminən 50 faiz dəyər itirib, dekabr ayında illik inflyasiya isə 42,5 faizə çatıb.
31-12-2025, 00:50
Zelenskinin yeni "sağ qolu" kim olacaq?


Zelenskinin yeni "sağ qolu" kim olacaq?

Ukrayna Prezidenti Volodimir Zelenski sanksiyalar siyasəti üzrə komissar Vladislav Vlasyuku öz ofisinin rəhbəri təyin edəcək.
Bu barədə "Zerkalo Nedeli" nəşri mənbələrə istinadən məlumat yayıb.
Noyabrın 28-də Zelenski Andriy Yermakı Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edib. O, korrupsiyaya qarşı mübarizə aparan məmurlar tərəfindən mənzilində axtarış aparıldıqdan sonra işdən çıxarılıb.
31-12-2025, 00:16
ABŞ iki od arasında


ABŞ iki od arasında

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı arasında Yəməndəki vəziyyətlə bağlı gərginliyin artması ABŞ diplomatiyası üçün yeni problem yaradır.
Bu barədə “The Wall Street Journal” (WSJ) qəzetində dərc olunan məqalədə bildirilib.
Qeyd edilib ki, iki Yaxın Şərq dövləti arasındakı münasibətlərdə yaranmış çat ABŞ üçün diplomatik çətinlik və arzuolunmaz fəsad hesab olunur. Halbuki Vaşinqton hazırda İranı cilovlamağa və Tehranı nüvə proqramından imtina etməyə razı salmağa çalışır.
Nəşrin qeyd etdiyinə görə, iki Fars körfəzi ölkəsi arasında qarşıdurma onsuz da münaqişələrlə əhatə olunmuş bölgədə hərbi əməliyyatların daha da genişlənməsinə səbəb ola bilər.
30-12-2025, 23:44
İranda etirazlar - minlərlə insan ayağa qalxdı


İranda etirazlar - minlərlə insan ayağa qalxdı

İranda milli valyutanın (rial) rekord səviyyədə dəyər itirməsindən sonra başlayan etiraz aksiyaları üç gündür davam edir.
Etirazlar paytaxt Tehrandan ölkənin bir çox şəhərinə yayılıb.
Yüksək inflyasiya və milli valyutanın sürətlə dəyərdən düşməsi fonunda başlanan etirazlar ilk olaraq dekabrın 29-da Tehranın qapalı bazarında alqı-satqı ilə məşğul olanların tətilə çıxması ilə gündəmə gəlib.
Etiraz aksiyaları Kərac, Həmədan, Keşm, Malard, İsfahan, Kirmanşah, Şiraz və Yezd şəhərlərində də keçirilib. Görüntülərdə təhlükəsizlik qüvvələrinin nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdiyi əks olunub.
İran hökuməti etirazlardan xəbərdar olduğunu açıqlayıb, etirazçıları səbrlə dinləyəcəyini bildirib. İran Prezidenti Məsud Pezeşkian dekabrın 29-u axşam saatlarında X sosial şəbəkəsində paylaşım edərək, daxili işlər nazirinə etirazçıların “nümayəndələri” ilə görüşlər keçirməyi, problemlərin həlli və məsuliyyətli davranış üçün addımlar atmağı tapşırdığını bəyan edib.
Eyni gün Pezeşkian İran Mərkəzi Bankının sədri Məhəmmədreza Farzinin istefasını qəbul edib. Onun yerinə keçmiş iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmati təyin olunub.
Etirazlara universitet tələbələrinin də qoşulduğu bildirilir. Aksiyalar zamanı ölkədə ali hakimiyyətə sahib olan dini lider Ayətullah Əli Xameneiyə istinadla “Diktatora ölüm” kimi hökumət əleyhinə şüarların səsləndirildiyi qeyd olunur. Bəzi nümayişçilərin isə 1979-cu il İslam İnqilabı zamanı devrilmiş şah Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvini dəstəkləyən “Şah yaşasın” şüarları səsləndirdiyi deyilir.
ABŞ-da yaşayan Rza Pəhləvi X hesabında paylaşım edərək etirazçılara dəstək ifadə edib və rejim hakimiyyətdə qaldığı müddətdə İranın iqtisadi vəziyyətinin daha da pisləşəcəyini bildirib.
ABŞ Dövlət Departamenti də Fars dilindəki rəsmi X hesabı vasitəsilə etirazlara dəstək mesajı yayımlayıb. Açıqlamada illərlə davam edən uğursuz siyasət və zəif iqtisadi idarəçilik səbəbindən “ləyaqətli həyat və daha yaxşı gələcək” axtaran insanların yanında olduqları vurğulanıb və etirazçıların cəsarəti yüksək qiymətləndirilib.
Dekabrın 29-da Florida ştatında ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçirilən görüşdə də İrandakı son hadisələrin əsas müzakirə mövzularından biri olduğu bildirilir. Tramp mətbuat konfransında İranda rejim dəyişikliyini dəstəkləyib-dəstəkləmədiyi barədə açıqlama verməkdən yayınıb, lakin ölkədə yüksək inflyasiya və ağır iqtisadi vəziyyətin mövcud olduğunu bildirib. O, həmçinin İranın ballistik raket və ya nüvə proqramını yenidən genişləndirməsi halında İsrailin hava zərbələrinə dəstək verə biləcəyini deyib.
Xatırladaq ki, bu ilin iyununda İsrail və İran arasında 12 gün davam edən münaqişə zamanı ABŞ İranın əsas uranın zənginləşdirilməsi obyektlərinə hava zərbələri endirmişdi. İran isə nüvə proqramının tamamilə dinc məqsədlər daşıdığını israrla bəyan edir.
30-12-2025, 22:42
Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq


Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq

"Dünyada artıq heç bir ölkə xammal baxımından özünü tam təmin edə bilmir. Buna görə də hər kəsin bir-birinə ehtiyacı var, hər kəsin əlçatan olması lazımdır. Bu baxımdan Türkiyə tarixi İpək Yolundan müasir İpək Yoluna qədər Şərq-Qərb dəhlizində körpü rolunu oynayır".
Bunu "Haber Global"a açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
O, Orta Dəhliz və onun bir parçası olan Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunub.
"Həm yük tutumu baxımından, həm də fövqəladə hallar baxımından alternativlərə ehtiyacımız var. Bakı-Tbilisi-Qars xətti təmir işləri səbəbindən 1,5 il bağlı qalıb. Bu mənada Orta Dəhlizi dəstəkləməyə davam edəcəyik. Zəngəzur dəhlizi sayəsində türk dünyası və türk dövlətlərinə birbaşa çıxış yolu təqdim olunacaq. Bu, dünyanın ən yüksəktutumlu ticarət yolu olacaq", - deyə nazir qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!