Gürcüstan-Rusiya sərhədi bağlandıGürcüstan ərazisində yağan aramsız qar bir sıra ciddi problemlər yaradıb.
Gürcüstan-Rusiya quru sərhədinə gedən, eləcə də digər beynəlxalq əhəmiyyətli magistral yollar tam bağlanıb.
Hərbi yol kimi tanınan Yuxarı Lars sərhəd keçid məntəqəsi qar uçqunu təhlükəsi səbəbindən bütün nəqliyyat vasitələrinin hərəkəti üçün qadağandır.
Qərb bölgəsində bəzi kəndlərlə əlaqə kəsilib. Qarın hündürlüyü bir metrə çatıb. Bəzi bölgələrə elektrik enerjisi və təbii qazın verilməsində fasilələr yaranıb.
Tbilisidən Marneuliyə gedən yolda da avtomobillərin hərəkətində problemlər yaranıb. Hidrometeoroloqların məlumatına görə, yağıntı və soyuq hava şəraiti davam edəcək. Temperaturun bəzi bölgələrdə mənfi 17 dərəcəyədək enəcəyi proqnozlaşdırılır.