Qərb bölgəsində güclü qar yağırAzərbaycanın qərb bölgəsində güclü qar yağıb.
Dağlıq rayonlarda avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Əlverişsiz hava şəraiti səbəbindən Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy və Göygöl-Toğanalı-Kəlbəcər yolunun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti qismən çətinləşib.