Bakının mərkəzində ağac avtobusun üstünə aşdı .....                        "Fənərbaxça" "Beşiktaş"ı məğlub etdi .....                        Meral Akşenerin yerinə o seçildi .....                        Hakan Fidan yunan həmkarı ilə görüşdü .....                        Cəsədi 7 gün sonra tapılan İbrahimin fotosu yayıldı .....                        “Mülki əhali demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir” - Hikmət Hacıyev .....                        Daha bir cüdoçumuz Avropa çempionu oldu .....                        Eldar MƏMMƏDBƏYLİNIN poetik dünyası .....                        Bakı metrosunda sərnişin öldü .....                       
16-10-2023, 17:43
Balasanyana qarşı başlanmış cinayət işi dayandırıldı


Balasanyana qarşı başlanmış cinayət işi dayandırıldı

Özünü buraxmış qondarma «Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi», Xocalı qatili Vitali Balasanyana qarşı Ermənistanda başlanmış cinayət işi cinayət ittihamının olmaması əsasında dayandırılıb.
Bu barədə «Pastinfo”ya onun vəkili Rafael Martirosyan bildirib.
«Bizim üçün işin icraatının davam etdirilməsi və məhkəmə istintaqının aparılması arzuolunan olardı, çünki hesab edirik ki, başlanmış cinayət işi və ittiham əsaslı deyildi. Vitali Balasanyan şübhəsiz ki, respublika məhkəmələri tərəfindən bəraət alacaq. İcraatı həyata keçirən orqan cinayət təqibinə və icraata xitam verilməsi barədə qərar qəbul edib», — deyə vəkil bildirib.
Xatırladaq ki, bu ilin iyulunda Balasanyanın özü, oğlu, qardaşı və dayısı oğlu separatçı rejim tərəfindən Əsgəranda saxlanılmış, daha sonra hamısı azad edilmişdi. O zaman Balasanyan əvvəlcə «hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda» ittiham olunurdu. Sonra onun əmlak oğurluğu, qanunsuz silah və sursat saxlama, «hökumət nümayəndəsi"nə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq, narkotik vasitələrin saxlanması ittihamlarına gğrə saxlanıldığı üzə çıxmışdı.
Vitali Balasanyan Qarabağdan Ermənistana qaçdırdan sonra — ötən həftəsonu Milli Təhlükəsizlik Xidmətində də şahid qismində dindirilib.
16-10-2023, 16:58
Putin Təhlükəsizlik Şurasının daimi üzvləriylə iclas keçirir


Putin Təhlükəsizlik Şurasının daimi üzvləriylə iclas keçirir

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirak etdiyi iclas keçirir. Bu barədə TASS məlumat yayıb.
Tədbirin iştirakçıları arasında Rusiya müdafiə naziri Sergey Şoyqu, FTX-nin rəhbəri Aleksandr Bortnikov, XKX-nin rəhbəri Sergey Narışkin və Rusiya Qvardiyasının rəisi Viktor Zolotov da var.
Detallar hələlik bəlli deyil.
16-10-2023, 16:22
190 nəfər erməni İsraildən çıxarıldı


190 nəfər erməni İsraildən çıxarıldı

Təl-Əviv-İrəvan xüsusi təyyarə reysi Ermənistan paytaxtı istiqamətində havaya qalxıb. Təyyarənin göyərtəsində 70-dən çoxu uşaq olmaqla 190 Ermənistan vətəndaşı var.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Əvvəllər bildirilmişdi ki, oktyabrın 16-da Ermənistan hökuməti öz vətəndaşları və onların ailə üzvlərinin təhlükəsizlik məqsədilə İsraildən könüllü köçürülməsinə dəstək vermək məqsədilə Təl-Əvivdən İrəvana xüsusi aviareys təşkil edəcək. Uçuşa daxil olan şəxslərin siyahısı Ermənistan Respublikasının İsraildəki səfirliyinə və Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edilmiş ərizələr əsasında, müraciətlərin xronologiyası, uşaqların olması nəzərə alınmaqla tərtib edilib.
16-10-2023, 16:09
Paşinyan işgüzar səfərlə Strasburqa getdi


Paşinyan işgüzar səfər məqsədilə Strasburqa getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə Strasburqa gedib.
Bu barədə erməni KİV-i məlumat yayıb.
O, oktyabrın 17-də Avropa Parlamentində çıxış edəcək.
Paşinyan ilə Avropa Parlamentinin sədri Roberta Metzola arasında görüş baş tutacaq, sonda isə mətbuat nümayəndələri üçün açıqlamalar veriləcək.
16-10-2023, 15:46
Türkiyə və İran Prezidentləri telefon danışığı apardı


Türkiyə və İran Prezidentləri telefon danışığı apardı

Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə İbrahim Rəisi arasında telefon danışığı olub.
Bu barədə TRT məlumat yayıb.
Söhbət zamanı İsrail-Fələstin toqquşması, bölgədə artan gərginlik və həll üçün atılmalı olan addımlar müzakirə olunub.
16-10-2023, 14:53
Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentlə bağlı qərarını açıqladı


Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentlə bağlı qərarını açıqladı

Gürcüstanın Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvili ilə əlaqədar qərarını açıqlayıb.
Qərara görə, prezident qanunu pozub.
Belə ki, bu, Zurabişvilinin xaricə getməsi ilə əlaqədardır.
Qeyd edək ki, Gürcüstanın hakim partiyası prezidentə qarşı impiçment prosedurunu işə salıb.
15-10-2023, 15:58
İranda güclü zəlzələ baş verdi


İranda güclü zəlzələ baş verdi

İranda 5,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə ISNA məlumat yayıb.
Bildirilib ki, Xuzistan vilayətində 5,3 bal gücündə zəlzələ baş verib
15-10-2023, 15:04
İsrail ərazisinə 6300 raket atılıb


İsrail ərazisinə 6300 raket atılıb

Oktyabrın 7-dən İsrail ərazisinə Qəzza zolağından HƏMAS radikal qruplaşması tərəfindən 6 300 raket atılıb.
Atılan raketlər İsraildə 1 300 nəfərin həlak olmasına səbəb olub, 3 300-dən çox vətəndaş yaralanıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
15-10-2023, 14:09
İsraildə bütün təhsil müəssisələri distant təhsilə keçdi


İsraildə bütün təhsil müəssisələri distant təhsilə keçdi

İsrail Təhsil Nazirliyinin müvafiq göstərişi ilə ölkədəki bütün təhsil müəssisələri distant təhsilə keçib.
Məktəblər COVID-19 pandemiyası zamanı istifadə edilən distant formatda fəaliyyət göstərəcək.
Eyni zamanda, bəzi təhsil müəssisələri dərsləri fərdi, lakin Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, həmçinin təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla keçirmək hüququnu özündə saxlayır.
Qeyd olunub ki, distant təhsil formasının nə qədər davam edəcəyi hələlik məlum deyil.
Nəşr həmçinin vurğulayıb ki, İsrailin təhsil sistemi çətinliklərlə üzləşib: Qəzza zolağına bitişik ərazilərdən evakuasiya edilən bir çox ailənin kompüterləri yoxdur və buna görə də hələ ki, distant təhsil rejiminə qoşula bilmirlər.
14-10-2023, 16:14
İranda 4 məbhus edam olundu


İranda 4 məbhus edam olundu

İranda daha 4 məhbus edam edilib.
Bu barədə ölkənin İnsan Haqları Təşkilatı məlumat yayıb.
Məlumata görə, oktyabrın 11-də Kərəcin Qızılhisar həbsxanasında saxlanılan 4 məhbus dar ağacından asılıb.
Edam edilən şəxslər qəsdən adam öldürməkdə ittiham ediliblər.
Qeyd edək ki, ölüm hökmü həyata keçirilən 4 məhbusdan ikisi əfqan əsilli olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!