"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 10-11-2015, 12:06
“Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihəyə yekun vurulub


Dünya Gənc Türk Yazarlar Birliyindən Butov.az-a daxil olan məlumata görə, “Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihəyə yekun vurulub.

Ədəbiyyat, musiqi və təsviri sənət fərqli yaradıcılıq sahələr olsa da, onların bədii-estetik harmoniyası insanlara yüksək zövq aşılayır, mənəvi yöndən zənginləşdirir. Çağdaş dövrdə bu fərqli sahələri təmsil edən gənc istedadların fikir mübadiləsi aparması və işbirliyi yeni-yeni ideyaların gerçəkləşməsinə zəmin yarada, əlverişli mühitin formalaşması ilə sonuclana bilər. Elə məhz bu kimi fikir və ideyadan yaranan, Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi “Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı Layihəsi də üç gün ərzində gənc istedadlı şairlər, rəssam və bəstəkarlar arasında yaradıcı işbirliyi mühitin formalaşmasına və fikir mübadiləsinə bir töhfə oldu.
“Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihəyə yekun vurulub
“Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihəyə yekun vurulub

Silsilə tədbirlər başlamazdan öncə iştirakçılar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarını, habelə Bakı Türk Şəhidliyini ziyarət etmişlər.

Layihə çərçivəsində “HƏDƏF” Nəşrlərinin Mərkəzi Qərargahında keçirilən ilk tədbiri giriş sözü ilə açan Layihə rəhbəri Əfsanə Ələsgərli tədbirin, ümumən Layihənin məqsəd və məramı barədə geniş bilgi verdi. Bildirdi ki, DGTYB öncəki layihələri daha çox gənc yazıçı və şairlərin, türkoloqların yaradıcılığını əhatə edirdisə, bu dəfə yaradıcılıq və işbirliyi mühiti gənc yazarlar, bəstəçilər və rəssamlar arasında formalaşdırılır. – “Məqsədimiz odur ki, gənc bəstəçilər, yazarlar və rəssamlar öz yaradıcılıq ideyalarını ortaya qoya bilsinlər, eyni zamanda bir-birilə işbirliyi içində olsunlar. Layihənin sonucu olaraq qarışıq janrlı əsərlərin toplandığı toplu nəşr ediləcək. Bu topluda həm musiqiçilərin, həm yazarların, həm də rəssamların əsərləri yer alacaq”.

Layihənin məsləhətçisi, Atatürk Mərkəzinin şöbə müdiri, tanınmış şair-publisist Əkbər Qoşalı qeyd etdi ki, bu cür layihələr fərqli yaradıcı mühiti təmsil edən, perspektiv vəd edən gənclərin ideya mübadiləsi, işbirliyi üçün yeni, əlverişli mühit yaradacaq, deyə ümid edirik. Layihədə əsas məqsəd fərqli sənət sahələrindən olan gənclərin fikir mübadiləsi və ortaq işlərin bir müstəvi üzxərində maddiləşməsi, gələcəkdə onlar arasında ədəbi-estetik harmoniya və ilişkilərin möhkəmlənməsinə töhfə verməkdir. – “Ən azından, gənc bəstəçimiz gənc şairimizin şeirinə musiqi bəstələsin, rəssamımız yazarımızın kitabının üz qabığını işləsin, illustrasiya çəksin və s. Məhz bu cür uğurlu işbirliyi sonucunda həm istedadlar parlayacaq, həm də sənət aləmində peşəkarlıq əmsalı artmış olacaq, keyfiyyətli əsərlər meydana gələcək.“
“Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihəyə yekun vurulub
[center]“Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihəyə yekun vurulub

“Hədəf” Nəşrlərinin, KitabEvim.Az-ın qurucusu, dos.dr. Şəmil Sadiq qloballaşan dünyada kitabın, ədəbiyyatın bədii-estetik dəyəri, müxtəlif yaradıcı sahələrin bir-birinə qarşılıqlı təsiri, fənlərin inteqrasiyası, yaradıcı mühitlərin diffuziyası barədə məruzə ilə çıxış etdi. Ardıcıl olaraq, uluslararsı kitab sərgi-yarmakalarındakı yenilikləri izlədiklərini bildirən natiq, qardaş Türkiyədə, qardaş Türkmənistanda, Almaniyada keçirilən bir sıra kitab sərgilərinə qatıldığını vurğuladı. Onun sözlərinə görə, kitabın ərsəyə gəlməsində yazar və rəssamın uğurlu işbirliyi ayrı bir gözəllikdir, buna bir çox örnək göstərmək olar. – “Çox istərdim, gələcəkdə

Azərbaycanda da yazarlar və rəssamlar kitabın ərsəyə gəlməsində birgə çalışsınlar. Biz artıq çap etdiyimiz kitablarda bu gələnəyi yaratmağa başlamışıq.”

Azərbaycan aşıq sənətinin ölkəmizdən qıraqda da tanıdılmasında önəmli xidmətləri olan əməkdar mədəniyyət işçisi, solo-saz ifaçısıdır. Nemət Qasımlı milli musiqimizin keçdiyi tarixi yol, onun tanıdılması və yaşadılmasında görülən işlər, qazanılan uğurlar barədə söhbət açdı. Bildirdi ki, aşıq sənəti insanların mənəvi dünyasını zənginləşdirməyə xidmət etməklə yanaşı, həm də xalqımızın genetik yaddaşına hopmuş milli mənəvi sərvətidir. Tarixin çətin sınaqlarından çıxan milli musiqimiz, aşıq sənəti, eləcə də, muğam sənəti məhz ustad sənətçilərimizin gərgin əməyi sayəsində qorunub saxlanılıb. “Bu gün sevindirici haldır ki, ölkəmizin birinci xanımı Mehriban xanımın təşəbbüsü ilə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısı”na salınan aşıq və muğam sənəti uluslararası aləmdə geniş təbliğ edilir. Gənc musiqiçilərimizin ifası əcnəbiləri heyran qoyur. Düşünürəm ki, bu cür layihlər də gənc musiqiçilərlə digər yaradıcı sahədən olan gənclər arasında yeni yaradıcılıq körpüsü olacaqdır.”
“Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihəyə yekun vurulub

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun məsul əməkdaşı Vüsalə Niftəliyeva çıxış edərək, təmsil etdiyi qurumun yaranması, məqsədi və fəaliyyət istiqamətləri barədə geniş bilgilər verdi. Bildirdi ki, prezident İlham Əliyev cənablarının sərəncamı ilə yaradılan Fond, gənclərin toplum üçün ictimai önəm daşıyan və güncəl mövzulara həsr olunmuş yaradıcı ideyalarını gerçəkləşdirmək üçün imkanlar verir: “Belə ki, öz layihəsini fonda təqdim edən gəncin layihəsi müsabiqənin şərtlərinə uyğun olaraq, qalib gələrsə, fond onu maliyyələşdirir. Bu da dövlətimizin uğurlu gənclər siyasətinin bariz örnəyini təşkil edir. DGTYB-nin təqdim etdiyi Layihə üç fərqli sənət sahələsini əks etdirməklə, yaradıcı gəncliyə böyük imkanlar açır.”

Hövsan Mədəniyyət Evinin rəsm müəllimi İsmayıl Cabbarov qeyd etdi ki, çağdaş dövrdə gənclər, yeniyetmələr arasında rəssamlığa meyl edənlər çoxdur. Təqdirəlayiq haldır ki, onlar arasında maraqlı yaradıcı ideyaları, diqqəti cəlb edən əsərləri olan bir çox gəncin uğurları məhz Hövsan Mədəniyyət Evinin adı ilə bağlıdır.“ – Şagirdlərimin öz əsərlərini məhz bu Layihədə geniş auditoriyaya təqdim etməsi onlar üçün bir stimul olmaqla yanaşı, həm də yaradıcılıq axtarışlarına bir töhfədir. ”

Yeni nəsil bəstəçilərindən Firudin Allahverdi dünya musiqi tarixi, müxtəlif musiqi janrlarının formalaşması və çağdaş dövrdə bəstəçilik məktəblərindən, yeni dövrün çağırışlarından söhbət açdı. Qeyd etdi ki, bu cür tədbirlər gənc bəstçilərlə yazarlar arasında işbirliyi üçün imkan yaradır.

Türkiyədə fəaliyyət göstərən Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi, tanınmış rəssam Nəvai Mətin rəssamlıq sənətində gənclərin vəd etdiyi perspektivdən, görülən işlərdən danışdı.

Tədbirin gedişidə gənc bəstəçilər Kamran Nəsirov və Fərid Fətullayevin bəstələri səsləndirildi, gənc ifaçı Elnur Məmmədzadənin gitarada ifaları dinləyicilər tərəfindən maraqla qarşılandı.

Sonda tədbir sual-cavab şəklində, fikir mübadiləsi aparılaraq davam etdirildi.

“Ədəbiyyat, Musiqi, Təsviri sənət: Gəncliyin peşəkarlıq arayışı”

Silsilə tədbirləin ikinci günü Layihənin bir qrup iştirakçısı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, tanınmış musiqiçi, Xalq artisti Firəngiz Əlizadə ilə görüşüb fikir mübadiləsi apardılar. Layihənin məqsədi Xalq artistinin diqqətinə çatdırıldı. Qeyd olundu ki, bayağı musiqilərin mövcud olduğu dövrdə, istərdik ki, peşəkar

bəstəçilər məhz istedadlı gənc şairlərimizi tanıyıb, onlarla yaradıcılıq müzakirələri aparsınlar. Düşünürük ki, məhz bu cür müzakirə və tanışlıqdan sonra daha keyfiyyətli və gözəl mahnılar, bəstələr yaranar.

Gənc şairlərin yaradıcılığı ilə tanış olan, onların şeirlərini dinləyən Xalq artisti Firəngiz Əlizadə, Layihənin missiyasını təqdir etdi və bildirdi ki, İttifaq da gənc bəstəçi və şairlərin yaradıcı fikir mübadiləsinə töhfə verməyə hazırdır. –Beləki, İttifaq gənc şairlərin seçilmiş şeirlərini gənc bəstəçilərə təqdim etməklə, onlar arasında işbirliyinə töhfə verə bilər.

O, bu yaxınlarda Bəstəkarlar İttifaqının qardaş Türkiyədən İLESAM-ın və digər yaradıcılıq birliklərinin ortaq işi olan “Şarkıdan mahnıya, mahıdan şarkıya” adlı konserti xatırlatdı.

Daha sonra Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına Konfrans zalında “Sənət: Gəncliyin peşəkarlıq arayışı” adlı “Dəyirmi Masa” keçirildi.

Bir çox aydınların, yaradıcı gənclərin iştirak etdiyi “Dəyirmi masa”da həmçinin gənc rəssamların əsərləri nümayiş etdirilirdi.

İlk olaraq, məruzə ilə çıxış edən prof.dr. Rahid Ulusel mədəniyyət və incəsənətin bəşəriyyət tarixində yeri və rolundan, insanın estetik zövqünü formalaşdırması və fərqli sənət sahələrinin vəhdətindən söhbət açdı.

Əməkdar incəsənət xadimi, sənətşünas prof.dr. Ziyadxan Əliyev sənətlərin estetik harmoniyasından və vəhdəti barədə danışdı. Qeyd etdi ki, təbiətdə mövcud olan gözəllikləri hər sənət sahəsi bir cürə qavrayıb əks etdirir; biri sözə, digəri melodiyaya, başqa biri isə təsvirə çevirir. Bu sahələr hər nə qədər fərqli olsalar da, bir-biri ilə sıx bağlıdır.

Tanınmış yazar, tarixi romalar müəllifi, “”Olaylar” qəzetinin baş redaktoru, fəlsəfə doktoru Yunus Oğuz ədəbiyyatın, söz sənətinin mənəvi gücündən söhbət açdı. Bildirdi ki, ədəbiyyat hər zaman insan düşüncə və fikirlərinin bədii inikası olmaqla, həm də onun mənəvi zövqünü formalaşdırıb, mənəvi zənginliyə xidmət edir. Gənc yazarlar başda olmaqla, istedadlı gənclərə daha böyük uğurlar arzuladı və yaradıcılıqla bağlı öz tövsiyyələrini verdi.

Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun başçısı, tanınmış şair İbrahim İlyaslı çağdaş ədəbiyyat təsərrüfatında bir çox istedadlı gənclərin yetişdiyini vurğuladı. Qeyd etdi ki, öncəki nəsil ədəbiyyat nümayəndələri ilə rəssam və bəstəçilər arasında sıx dostluq və yaradıcılıq əlaqələri vardı.

Hər dörd məruzəçi bir fikrə şərik çıxdılar ki, çağdaş dövrdə də gənc yazar və bəstəçilər arsında da bu cür sıx əlaqələrinin yaradılması cəhdləri təqdirəlayiq haldır. Bu baxımdan bu cür layihələrin rolu əvəzsizdir. Yunus Oğuzun söz sənətində fəlsəfi ağırlıq, Ziyadxan Əliyevin rənglərin anlatdıqları, Rahid Uluslelin harmoniya fəlsəfəsinin anlatdıqları, İbrahim İlyaslının istedadlı gəncliklə peşəkar iş və s. barədə fikirləri geniş maraq doğurmaqla yanaşı, gənclərin bir sıra sualları ilə də müşayiət olundu. Məruzəçilər verilən sualları cavablandırdıqdan sonra, bölgələrdən gəlmiş, eləcə də, paytaxtdakı yaradılıq qurumlarını, elm müəssisələrini təmsil edən gənclər, mütəcxəssislər öz düşüncələrini bölüşüb, təkliflərlə çıxış etdilər. Belə bir inam vurğulandı ki, burada səslənən nəzəri-metodoloji və tematik fikirlər yalnız tədbir iştirakçılaraı arasında qalmayacaq, İKTnin verdiyi imkanlarla daha geniş kütlələrə çatdırılacaqdır.

Sonra söz Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu Müşahidə Şurasının üzvü, “Virtual Qarabağ Mərkəzi”nin başçısı Nurəddin Mehdiyevə verildi. O, layihənin qarşısına qoyduğu məqsədin zərurətdən meydana gəldiyini

vurğuladı. Qeyd etdi ki, bugünkü istedadlı və yaradıcı gənclik həm də milli mənlik şüuruna sahib olmalı, öz yaradıcı fikir və əsərlərində həm də dövlətçiliyimizi, vətən sevgisini tərənnüm etməlidir. “Virtual Qarabağ” Mərkəzinin fəaliyyətindən bəhs edən natiq, gəncləri Azərbaycan həqiqətlərinin, özəlliklə də, Ermənistanın elan olunmamış müharibəsi, Azərbaycan torpaqlarının işğalının tarixi kökləri barədə bilgiləri uluslararası aləmə çatdırmaqda fəal olmağa çağırdı. O bildirdi ki, Qarabağ həqiqətlərini ədəbiyyatın, musiqinin və rəssamlığın dili ilə söyləməklə, dünyaya daha geniş mesajlar vermək mümkündür.

Daha sonra, sevilən bəstəçi Sevinc Tofiqqızının Umummilli Liderin həyat və fəaliyyətinə həsr etdiyi kompozisiya təqdim olundu.

İşçi günün axşamı isə sənətlə bağlı müzakirələr Uluslararası Aktivist Sənətçilər Birliyi Azərbaycan Təmsilçiliyinin “ART-Qalareya”sında davam etdirildi. Gənc şairlər həmyaşıd rəssamların əsərləri ilə tanış oldu və fikir mübadiləsi apardılar.

Üçüncü gün: müzakirələr, nəticələr və perpektivlər

Silsilə tədbirlərin üçüncü günü Azərbaycanda Atatürk Mərkəzinin konfrans salonunda yekun dəyərləndirmə – “Qapanış Toplantısı”na həsr edildi. “Simurq” – Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, görkəmli kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov kulturologiyanın önəmi, həyatımızda rolu barədə ətraflı məruzə etdi, gəncləri maraqlandıran sualları cavablandırdı.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun məsul əməkdaşı Vüsalə Niftəliyeva da öz növbəsində Layihənin yaradıcı gənclər arasında yeni yaradıcı mühit yaradacağına inamını ifadə etdi. O ümidvar olduğunu bildirdi ki,

layihə qarşısına qoyduğu məqsədə çatacaq və yaradıcı gənclər arasında işbirliyi mühiti formalaşaraq, ölkəmizə, mədəniyyətimizə töhfələr verəcək.

Azərbaycan Pedoqoji Universitetinin dosenti, dr. Təranə Turan Rəhimli “ fərqli yaradıcı sənətlərin harmoniyasına çağdaş baxış” adlı məruzə ilə çıxış etdi. O qeyd etdi ki, təsviri sənət, ədəbiyyat və musiqi bir-biri ilə sıx harmoniya içindədir. Odur ki, onları bütövlükdə bir-birindən ayırmaq düzgün olmazdı. Dünya incəsənət və ədəbiyat tarixindən örnəklər gətirən məruzəçi qeyd etdi ki, bir sıra tanınmış şəxsiyyətlər sənətin bir neçə növü ilə eyni vaxtda məşğul olmuşlar. Bu da, yaradıcı sahələrin ədəbi, estetik harmoniyasını və vəhdətini bir daha sübut edir.

Əlyazmalar İnstitutunun elmi işçisi, dr. Könül Aydın Nehmətova DGTYB-nin hər zaman faydalı layihələrlə çıxış etdiyini bildirərək bu dəfə də öz gələnəyinə sadiq qaldığını qeyd etdi. Vurğuladı ki, üç fərqli sahədən olan gənclərin yaradıcı əməkdaşlığı yeni-yeni sənət əsərlərinin meydana gəlməsinə stimul olacaqdır.

Tədbirin gedişində gənc şairlərin şeirləri dinlənildi və musiqiçilər öz ifalarını təqdim etdilər.

Daha sonra layihə iştirakçılarına “Onur” və “Qatılım Bəlgəsi” təqdim edildi.

Qeyd edək ki, layihənin yekunu olaraq, gənc yazar, bəstəkar və rəssamların əsərlərindən ibarət toplu gələn ay ictimaiyyətə təqdim olunacaq.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!